Məhkəmə qərarları › İş №2(060)-4839/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4839/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4839/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11100 (on bir min yüz) manat ödənilməmiş əsas borcun və ödənilmiş 153 manat dövlət rüsumunun, cəmi 11253 (on bir min iki yüz əlli üç) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh əvvəllər Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən “Hiper” super marketdə işləyəndə tanıyırdı. Cavabdeh xx.xx.2020-ci il tarixində ondan borca pul istəmişdir. Cavabdeh ona bildirdi ki, banka olan borcunu ödəməkdə çətinlik çəkir. O, yazılı qəbzə əsasən xx.xx.2020ci ildə 500 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona bildirdi ki, aldığı borcu 1-2 aya qaytaracaq. Lakin vədinə əməl etməmiş, aldığı borcu qaytarmamışdır. Bundan əlavə olaraq o, cavabdehə yazılı qəbzə əsasən xx.xx.2020-ci ildə 1000 (min) manat, xx.xx.2020ci ildə 2000 (iki min) manat, xx.xx.2021 -ci ildə 500 (beş yüz) manat, xx.xx.2021 -ci ildə 1500 (min beş yüz) manat, xx.xx.2021 -ci ildə 500 (beş yüz) manat, xx.xx.2021-ci ildə 2000 (iki min) manat, xx.xx.2021 -ci ildə 2500 (iki min beş yüz) manat, xx.xx.2021 -ci ildə 600 (altı yüz) manat pul vermişdir. Hal-hazırda cavabdehin ona ümumilikdə 11100 (on bir min yüz) manat borcu vardır. Etdiyi müraciət əsasında Sumqayıt şəhər Polis İdarəsinin 1 ci Polis Bölməsində araşdırılma aparılmış, araşdırma zamanı cavabdeh ondan 11100 (on bir min yüz) manat aldığını təsdiq etmiş, eyni zamanda göstərmişdir ki, aldığı borcdan 5000 (beş min) manatını qaytarmışdır. Bildirir ki, cavabdeh bu günə qədər aldığı borcu qaytarmamışdır. Hazırki tarixə cavabdehin ona ödənilməmiş 11100 (on bir min yüz) manat borcu qalmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2021 -ci il tarixli qərar əsasında mülki qaydada ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 11100 (on bir min yüz) manat ödənilməmiş əsas borcun və ödənilmiş 153 manat dövlət rüsumunun, cəmi 11253 (on bir min iki yüz əlli üç) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, Sevinclə Hiper marketdə işləyən zaman tanış olmuş və aralarında münasibətləri yaranmışdır. Belə ki, Sevincin dedikləri doğrudur həmin məbləğdə yəni ki, 11100 (on bir min yüz) manat Sevincdən borc pul almış, lakin həmin borcun 5000 (beş min) manatını hissə-hissə qaytarmış və hal-hazırda sonuncuya 6100 (altı min yüz) manat borcu qalmış, həmin borcu qaytarmaqdan imtina etməmiş və hazırdada bundan imtina etmədiyini bildirmişdir. İş materiallarında olan əlyazmaların surətlərindən görünür ki, Cavabdeh İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 11100 (on bir min yüz) manat məbləğində borc almışdır. Göründüyü kimi, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı müvafiq olaraq 11100 manat borc aldığını etiraf etmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə ədalət mühakiməsini təqdim edilmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan 11100 manat borc pul aldığı öz təsdiqini tapdığından iddia təmin edilməsi əsaslı və qanunidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Eləcə də məhkəmə qeyd edir ki, qeyd olunan pul vəsitinin (5000 manat) qaytarılması ilə bağlı Cavabdeh aparılmış araşdırma zamanı göstərdiyi onun şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 11100 (on bir min yüz) manat pulun və iş üzrə ödənilmiş 153 (bir yüz əlli üç) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 11253 (on bir min iki yüz əlli üç) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 11100 (on bir min yüz) manat pulun və iş üzrə ödənilmiş 153 (bir yüz əlli üç) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 11253 (on bir min iki yüz əlli üç) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar