Məhkəmə qərarları › İş №2(060)-4840/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4840/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4840/2020 07.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh X9 iştirakı ilə İddiaçı qızının cavabdeh X12 qarşı “alimentin məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh X12 qarşı “alimentin məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7341/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, o, Cavabdeh ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyalı qurmuşdur. Rəsmi nikahdan xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxxx 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7341/2018 saylı qətnaməsi ilə rəsim nikaha xilam verilmiş, rəsmi nikahdan anadan olmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər, hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Bildirir ki, uşaqlarının azyaşlı olması səbəbindən işləyə bilmir. Uşaqların yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Cavabdeh tərəfindən ödənilən 250 manat aliment hər iki övladının yaşayış təminatını ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh soyadını “İsmayılov”dan “Əliyev”ə dəyişdirmişdir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 170 manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahdan anadan olmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7341/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, O, əvvəllər telefon aksesuarlarının satışı və telefon təmiri ilə məşğul olmuşdur. Hal-hazırda onun işlətdiyi obyekt sökülmüşdür. Ona görə də, o, işləyə bilmir. O, özünə yeni mağaza tapıb işləyən kimi alimenti ödəyəcəkdir. Bundan başqa o, yenidən ailə həyatı qurmuşdur və hal-hazırda övladları yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7341/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş,X11 ilə X2 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış, 1900 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5yetkinlik yaşına çatana qədər anası X1 yanında qalmaları və xx.xx.2018-ci il tarixdən etibarən xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 125 manat, ümumilikdə 250 manat miqdarında alimentin X4tutularaqX2na verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7341/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7341/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 İddiaçı qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X7 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar