Məhkəmə qərarları › İş №2(060)-4847/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4847/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4847/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 24 oktyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 min manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini və həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 min ABŞ dolları məbləğində pulun (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini və həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərdən xx.xx.2014-cü il tarixdə Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almışdır. Həmin bağ torpaq sahələri üçün o, cavabdehlərə X8 iştirakı və vasitəçiliyi ilə ümumilikdə 10000 manat məbləğində pul ödəmişdir. Bildirir ki, həmin bağ torpaq sahələrini o, özünün və X2 adına almışdır və cavabdehlər etibarnaməni onun və X2 adına vermişdirlər. O, həmin bağ torpaq sahələrini alarkən həmin bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirrnək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o, X8 iştirakı ilə cavabdehlərlə əlaqə saxlayıb bu barədə onlara məlumat vermişdir. Bildirmişdir ki, ya məsələni həll edin, ya da onun ödədiyi ümumilikdə 10000 manat məbləğində pulunu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pul tutulub ona verilməlidir. Bildirir ki, o, həmin torpaq sahələrini X8 iştirakı və vasitəçiliyi ilə aldığından o, cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini rədd etmiş və belə nəticəyə gəlmişdir ki, X1 hüququ yoxdur. Həmin vaxt cavabeh Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazında qeyd etmişdir ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı onunla 5800 manatla razılığa gəlmişdirlər və ondan 5800 manat almışdır. Cavabdeh1 iddia tələbini qismən etiraf etmişdir. Bildirir ki, onun cavabdehlərə 10000 manat məbləğində pul verdiyini Səməd Məmmədov da təsdiq edir və onun məhkəmədə iştirakını təmin edəcəkdir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdirlər ki, iddia tələbi tamamilə əsassızdır, təmin olunmamalıdır. Bildirir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı onlara qarşı Sumqayıt şəhər Məhkəməsində X9 onlara qarşı iddia ərizəsi ilə müraciət edib, onlardan 10000 manat pulun alıb, ona verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan iddia tələbi onunla əsaslandırılmışdır ki, 1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da ailə üzvləri ilə birlikdə yaşayır. O cavabdehlərdən xx.xx.2014-cü il tarixdə Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almış, həmin bağ torpaq sahələri üçün o cavabdehlərə ümumilikdə 10000 manat məbləğində pul ödəmişdir. O bağ torpaq sahələrini yaxın qohumları olan X6 və X3 adına almış və cavabdehlər etibarnaməni həmin şəxslərə vemişdir. O həmin bağ torpaq sahələrini alarkən həmin bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o cavabdehlərlə əlaqə saxlayıb bu barədə məlumat verib, bildirmişdir ki, ya məsələni həll edin, ya da onun ödədiyi ümumilikdə 10000 manat məbləğində pulunu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pul tutulub ona verilməlidir. Qeyd olunanlara əsasən cavabdehlərdən müştərək qaydada 10000 (on min) manat məbləğində pulun tutulub verilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi rarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin vaxtı iddia tələbinə etiraz edərək, bildirmişdilər ki, ümumiyyətlə iddiaçını tanımırlar, onunla heç bir işləri olmamışdır. Bağ sahələrinə dair bildirirlər ki, onlar 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv.metr torpaq sahəsinin sahibi olmuşdurlar. 2014-cü ildə torpaqlarını satmaq istəmişlər və makler Səməd Məmmədov və Zöhrab adlı maklerlərlə görüşüb həmin bağ sahələrini 5800 manata satmağa razılığa gəlib, bağ sahələrinin özəlləşdirilməsi və o, öz adına həmin torpaqları sənədləşdirilməsi üçün üzünü görmədikləri X7 və arvadı X3 adına etibarnamə vermişdirlər. İddiaçının iddia tələbi ilə bağlı heç bir hüququ yaranmamış, onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29060)-2343/2021 nömrəli qətnaməsi ilə X8 pul tələbi barədə iddiası rədd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı bildirmək istəyir ki, o və Cavabdeh2 ilə həqiqətən də Yaşma Bağları ərazisində hərəsi 600 kv. metr bağ sahələrinin sahibi olmuşdurlar. 2014-cü ildə bağ sahələrini satmaq istəmişdirlər. Bağ sahəsini satmaq üçün maklerlər X10 və Zöhrab adlı bir şəxslə görüşüb bağ sahələrini 5800 manata satmağa razılığa gəlmişdirlər. X9 bağ sahələrini onun tanışları, hazırda iddiaçı olan X7 və onun arvadının adına alacağını demiş, o da Cavabdeh2 ilə onların adına etibarnamə vermişdirlər. Qeyd edir ki, X7 və onun arvadını onlar görməmişdirlər. Qeyd edir ki, torpaq sahələrinə qanuni əsaslarla sahib olmuşdurlar və onlar X7 və onun arvadı X2 adına etibarnamə verdikdə X10 onlara torpaq sahələrinə görə cəmi 5800 manat pul vermişdir. Sonradan torpaq sahələri ilə bağlı nə baş verdiyindən onların məlumatı olmamışdır. 2021-ci ildək torpaqlarla bağlı onlara qarşı heç bir iddia tələbi olmamışdır. İddiaçının da hazırda onlara qarşı pul tələbi irəli sürmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci çaddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.1-ci maddəsinə səasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı bildirir ki, 2014-cü ildə bağ sahəsini almışdır. Lakin iddia tələbindən belə anlaşılır ki, 2014-cü ildən bağ sahəsinə sahiblik etməmiş, 2018-ci ildə isə Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət etdikdə isə iddiaçıya məlum olmuşdur ki, bağ sahələri digər şəxslərin adına özəlləşdirilmişdir. Bununla da məlum olur ki, 2014-cü ildə bağ sahələri alındıqdan sonra bağ sahələrinə sənədləşdirilmə aparılmalı idi ki, cavabdeh də bunu etməmişdir. Həmin tarixdən 8 il keçmişdir ki, pulun tələbi ilə bağlı iddia müddəti 3 ildir. Bundan başqa o, yenə də qeyd edir ki, torpaq sahələri onun və Cavabdeh2 qanuni sahibliyində olmuşdur. İddiaçı və ya maklerlər səhlənkarlıq edib, vaxtında bağ sahəsinə dair DƏDRX-da qeydiyyata aldırmaqdıqlarına görə, ona məlum olmayan səbəblərə görə başqa şəxslərin adına qeydiyyata alınmışdır. O, Cavabdeh2 ilə birlikdə iki bağ sahəsi üçün 5800 manat pul almışdır, haqlı olaraq həmın məbləği almışdırlar, həmin pul da xərclənmişdir. İddiaçı vaxtında tədbir görüb, bağın sənədləşdirilməsini etməli idi. Bunu illər boyu etməyibsə, onlara verilən 5800 manatı da tələb edə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq iddia müddətinin tədbiq edib, X4 onlara qarşı 10000 manat pulun tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli torpağın hüquqi statusu ilə əlaqədar DƏDRX-ə sorğu vermişdir və sorğuya verilən cavabdan məlum olur ki, torpaq sahəsinə dair başqa şəxsin adına çıxarış var, çıxarışlar bağçılıq kitabçaları əsasında verilmişdir. Həmin bağçılıq kitabçaları 1988-1989-cu illərə aiddir. Bu onu göstərir ki, cavabdehlər başqasının adına olan bağ sahəsini saxta sənədlə satıblar. Bundan başqa qeyd edir ki, məhkəməyə təqdim edilmiş diskdə olan danışıq Paşa ilə Səmədin arasındadır. Səs yazısında mübahisəli torpaq üçün 10000 dollar pul alındığı cavabdeh tərəfindən bildirilir. Ona görə də iddia ərizəsinə dəqiqləşmə vermişdirlər. Bildirir ki, Səməd daha öncə hazırkı cavabdehə qarşı mübahisəli torpaq sahəsinə dair iddia qaldırmışdır. Səmədin iddia qaldırmağının səbəbi Qaməddini tanıdığından onu əvəzində alqı satqı proseslərində iştirak etməsi, yəni yalnız vasitəçi olması olmuşdur. Lakin sonda iddia tələbi təmin olunmamışdır. Bunun səbəbi isə pulun Qamiddinə aid olmağı olmuşdur. Ona görə Qamiddin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onu da qeyd edir ki, X5 iddiaçının həyat yoldaşıdır. Bu səbəbdən pulun hamısı iddiaçı tərəfindən ödənilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinı imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, Səmədi və Zöhrabı makler kimi tanımışdır. O, özünə məxsus torpaq sahələrinin satışı üçün sənədlərini adlarını qeyd etdiyi maklerlərə vermişdir. Onlar sənədləri bir il özlərində saxlamış, lakin 2014-cü ildə torpaq üçün müştəri tapıldığını, torpağın satılması üçün 10000 dollar məbləğlə razılığa gəlindiyini bildirmişlər. Bildirir ki, Səməd əslində ona 10000 manat verməli idi, lakin Səməd 10000 dollar gətirərək ona imkan olmadığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, o zaman 10000 dollar 7800 manat məbləğində olmuşdur. Həmin məbləğdən 2000 manat maklerlərə verilmiş, ona 5800 manat məbləğində pul çatmışdır. Belə ki, gətirilmiş puldan 1000 manat Səmədə, 1000 manat Zöhraba, 500 manat da Rafael adlı dostuna vermişdir. Rafael rəhmətə gedib, yoxsa onu da şahid qismində məhkəməyə gətirə bilərdi. Ona isə tam olaraq bütöv 5300 manat qalsa da, Rafaelin də pulunu əlavə edib 5800 manat pul aldığını bildirir. Həmin puldan Fəridəyə heç nə verilməyib. Fəridənin adı formal olaraq hallanıb. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əsas makler Zöhrab idi, lakin onu ortaya çıxartmırlar. O, Qamiddini ancaq 2019-cu ildə görmüşdür. Torpağın alqı-satqısı üçün notariusa getmişlər, lakin Qamiddin gəlməmişdir, yəni maklerlər onu bağ sahəsini alan adamla görüşdürməmişlər. Daha sonra saxta yolla özəlləşdirilmə baş verib. Hazırda mübahisəli torpaq sahəsinə çıxarışı olan adamların bağçılıq sənədləri saxtadır. İddiaçı məhkəməyə müraciət edib o sənədləri mübahisələndirməlidir. Lakin o vaxtında həmin şəxslərin sənədlərini mübahisələndirməmiş, neçə ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş səs yazısı ilə bağlı bildirir ki, bu danışıq uzun olmuş, lakin qarşı tərəf həmin səs yazısının bir hissəsini kəsərək özünə lazım olanı hissəni məhkəməyə təqdim edib. Səməd ona təzyiq göstərərək Prokurorluğa və digər aidiyyatı qurumlara müraciət edəcəyini bildirmişdir. Səs yazısında Səməd “mənim 10 minimi ver” deyir. Səməd o, səsdə 10 min manat pulun qaytarılmasını demir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, o, dollarla pul almamış, Qamiddini ancaq 2019-cu ildə görmüşdür və Qamiddin ona pul verməmişdir. Hətta torpağı satıldığı gün, o Səmədə bildirmişdir ki, Qamiddin torpaq sahəsini öz adına keçirsin. 9 il sonra iddiaçının belə iddia qaldırmağının heç bir əsası yoxdur. Hətta Səməd də bir neçə dəfə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, heç bir şey əldə edə bilməmişdir. Əgər pulu ona Qamiddin versəydi, elə əvvəldən o, özü məhkəməyə müraciət edərdi. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, Yaşma bağları ərazisində torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Paşanı çoxdan tanıyır. Paşa özünə məxsus torpaq sahəsini satmaq üçün ona yaxınlaşmışdır və həmin ərəfədə Qamiddin də torpaq almaq istəmişdir. Tərəflər torpağın 10000 dollara satılması barədə razılaşmışlar. Nəticədə Qamiddin torpağı almaq üçün ona 10000 dollar pul vermişdir. Bildirir ki, həmin puldan 2000 manatını o, digər maklerlə birlikdə götürmüşdür. Qalan pulu Paşaya, sonuncu isə torpağa aid sənədləri ona vermişdir. Daha sonra Qamiddin həmin topraq sahəsini özəlləşdirmək istəyəndə aydın olmuşdur ki, torpaq başqa şəxsin adınadır. Qeyd edir ki, bu məsələ təxminən 3-4 il bundan qabaq baş vermişdir, ilini tam dəqiq xatırlamır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2013/2021 aylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6266/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2013/2021 aylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər torpaq sahəsinin alqısatqısı barədə razılaşmış, bununla bağlı iddiaçı tərəfindən Cavabdeh1 pul ödənilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığından onlar arasında olan münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələgəlməsi əsaslarından biridir; - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadanvarlanma həmçinin o hallarda baş vermiş sayılırki, bu cür varlanma həyata keçirilməmiş əsasavə ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. Əldə edilənləri vermək mümkünolmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 5800 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır, bu səbəbdən o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün daha çox məbləğdə pul ödədiyini bildirsə də, iddia tələbinin əsası kimi həmin halı sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid də torpaq sahəsinin İddiaçı satılmasından əldə edilmiş 7800 manat puldan 2000 manat hissəsinin vasitəçi kimi onun tərəfindən götürüldüyünü, qalan 5800 manat hissəsini isə Paşa Rəhimova verdiyini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh torpaq sahəsinə dair etibarnamələrin ikinci şəxslərin adına verilməsinin formal olaraq baş verdiyini bildirmişdir. Belə ki, iddiaçı bütün məbləğin onun tərəfindən ödənildiyini, cavabdeh də 5800 manat məbləğində pulun onun tərəfindən qəbul edildiyini, digər Cavabdeh2 hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçını mübahisəli pul məbləğini tam məbləğdə tələb etmək üçün subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Mübahisəli pul məbləğinin tam məbləğdə qaytarılmasına görə məsuliyyəti isə Cavabdeh1 daşımalıdır. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq barədə ərizə də verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmadığından məhkəmə hesab edir ki, hazırki işə müqavilə tələbləri üzrə 3 və ya 6 illik iddia müddəti tətbiq edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı cavabdehlə torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2014-cü ildə razılaşsa da, 2018-ci ilin sonlarında həmin torpaq sahəsinin başqa şəxsin adına olduğunu öyrənmişdir. Bundan sonra torpaq sahəsinin alqı-satqısında vasitəçi kimi iştirak edən şəxs - S.Məmmədov tərəfindən ilk dəfə 2019-cu ilin iyun ayında hazırki cavabdehlərə qarşı pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra 2021-ci ilin fevral ayında yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, onun həmin iddia ərizəsini qaldırmağa subyektiv hüququ olmadığından S.Məmmədovun iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə xx.xx.2021-ci ildə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, Cavabdeh1 5800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən (təxminən 35 faiz hissədə) təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır (113.1). İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir (113.2). Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlərdən 10000 ABŞ dolları tutulması (141 manat dövlət rüsumu ödənilməli olduğu halda) barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin məbləğə görə rüsumun kəsirini ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı 21 manat (141 manat – 120 manat) rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 5800 (beş min səkkiz yüz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutulsun. İddiaçı 21 (iyirmi bir) manat rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar