Məhkəmə qərarları › İş №2(060)-4851/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4851/2022

05.07.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4851/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, kreditor X1 Borclu “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - kreditor) ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx xxx 1986-ci il tarixdə İmişli rayonu, Mirili kəndində anadan olmuş və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və faktiki yaşayan Borclu (bundan sonra borclu) birgə nikahlarından xx.xx.2013-cü il tarixində anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 adlı iki qız uşaqlarının saxlanılması üçün borclunun aylıq gəlirlərinin ½ mislinin ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir (279.2.3.). Məhkəmə ərizənin daxil olduğu gündən 3 (üç) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (279.3.). Ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (279.4.). Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur (76.1.2.). Göründüyü kimi kreditor uşaqların saxlanılmaları üçün borclunun aylıq gəlirlərinin ½ mislinin ona ödənilməsini xahiş edir. Lakin Ailə Məcəlləsində nəzərdə tutulan normanın məzmunundan da göründüyü kimi aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Eyni zamanda kreditor ərizəsində borclunun aylıq gəlirlərinin ½ mislinin ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, “borclunun aylıq gəlirlərinin ½ mislinin ödənilməsi” hissəsində də tələb qeyrimüəyyən olduğundan əmr icraatı qaydasında ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: X1 Borclu “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar