Məhkəmə qərarları › İş №2(060)-490/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-490/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-490/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(060)-1461/2021 saylı qətnaməsi ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqına yönəldilmiş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2001-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X15 doğulmuşdur. Suıuqayıt Şəhər məhkəməsinin (hakim X13) xx.xx.2018-ci il tarixli, 2(060)-1098/2018 saylı qətnaməsi ilə onun Cavabdeh ilə xx.xx.2001-cı il tarixdə Sumqayıt Qeydiyyat bağlanmış nikah ləğv edilmiş və Cavabdeh 06.12.20/7-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X12 yetkinlik yaşıııa çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla 462 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmiş, Şəhər məhkəməsinin “alimentin miqdarının dəyişdirilməsi barədə” onun qaldırdığı iddia üzrə (hakim X1) xx.xx.2021-ci il tarixli, 2(060)-1461/2021 saylı qətnaməsi ilə Suıuqayıt Şəhər məhkəməsinin (hakim X13) xx.xx.2018-ci il tarixli, 2(060)- 1098/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2003-cti il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin vaxtdan cavabdehdən hər uşağa 500 manat olmaqla cəmi 1500 manat pul tutularaq ona verilmişdir. Uşaqlarının ikisi yetkinlik yaşına çatdığına görə 2023-cü ilin mart ayından yalnız bir uşağa, yəni xx.xx.2012-ci il təvəllüdlü X14 görə, işdən çıxmasını bəhanə edərək 180 manat pul ödəyir. Hansı ki, mövcud qanunvericiliyin tələbinə görə 2023-cü ilin yanvar ayından bir uşağa görə 220 manat aliment ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, onun dediklərinə inansa iş yeri olmadığına və bu səbəbdən də sabit qazanc yeri olmadığına görə məhkəmənin yuxarıda qeyd olunan qətnaməsində dəyişiklik edilərək bir uşağa görə cavabdehdən sabit pul məbləğində aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, cavabdehin verdiyi aliment övladını dolandırmaq üçün kifayət etmir. Bazar qiymətlərinin qalxması eləcə də uşaqlarının böyüməsi ilə əlaqədar xərclər artmışdır. Cavabdeh hazırda da, haradasa işləyir. Sadəcə olaraq aliment ödənilməsi ilə bağlı iş yerini ondan gizli saxlayır. Hazırda onun ödədiyi alimentlə uşaqlarının maddi-məişət və digər problemlərini həll etmək mümkün deyil. O, özü Sumqayıt Dövlət Universitetində işləyir. Hazırkı bazar iqtisadiyyatı şəraitində qeyd olunan əmək haqqı ilə özü və öhdəsində olan üç uşağını dolandırmaqda çətinlik çəkir. Odur ki, qeyd olunanları nəzərə alıb alimentin miqdarının qanunla müəyyən edilmiş qaydada dəyişdirilərək bir uşağa görə 300 manat sabit pul məbləğində ödənilməsinin təmin edilməsini xahiş edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə görə, Kommersiya mübahisələri, həmçinin ailə və əməlc münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasmda iştirak etməlidirlər. Bu səbəbdən də tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar müraciət olunsa da, cavabdeh iştirak etməmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 2023-cü il üçün yaşayış minimumu müəyyən edən qanunvericiliyin tələblərinə əsasən, uşaqları üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi öhdəsində üç övladı vardır, heç biri işləmir, qızlarının hər ikisi Sumqayıt Texniki Kollecində ödənişli şərtlərlə təhsil alırlar və aldığı əmək haqqı ilə onların maddi, mənəvi və sosial tələblərini ödəməkdə çətinlik çəkir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin məlum qətnaməsində dəyişiklik edərək yetkinlik yaşına çatmayan övladı Zeynallı Hüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırda heç bir yerdə işləmir. Qanunla müəyyən edilmiş məbləğdə minimum aliment məbləğini - 234 manat ödəməyə maddi gücü çatır. İddiaçı hazırda ona məxsus ipoteka ilə aldığı evdə kirayənişin saxlayır. Oradan da maddi qazanc əldə edir. O, uşaqları ilə görüşə bilmir. İddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır. Onun hətta ayda 1600 manat aliment ödədiyi vaxtlar da olub. Lakin 2023-cü ilin mart ayından Socardan işdən çıxmışdır. Hazırda rəsmi iş yeri yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, cavabdehlə boşananda cavabdehin iş yeri bəlli deyildi, 2017-ci ildə hər uşağa 154 manat məbləğində olmaqla aliment müəyyən edilmişdir. Sonra məhkəməyə müraciət etmiş, alimentin məbləği artırılmışdır. Hazırda iki övladı yetkinlik yaşına çatıb, ali məktəbdə təhsil alırlar, onların da xərcləri çoxdur. Cavabdeh yalnız bir uşağa görə aliment ödəməlidir, lakin onu da vaxtında ödəmir. Cavabdehin dəqiq işləyib işləməməsi barədə onda məlumat yoxdur. Cavabdeh icra məmuruna işdən çıxdığını bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətinə əsasən). İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1098/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2001 -ci il tarixdə bağlanmış 1071 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X11, xx.xx.2005-ci təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 462 manat sabit pul məbləğində aliment və iddia tələbinin nikahın pozulmasına dair hissəsi ilə bağlı ödənilmiş 20 manat dövlət rüsumu və 1 manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1461/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1098/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1461/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri əsaslı formada dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1461/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1461/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar