Məhkəmə qərarları › İş №2(060)-4909/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4909/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4909/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(060)-2178/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan 30.07.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 4/1 hissəsi və 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 05.04.2003-cu il təvəllüdlü oğlu X2 18 yaşı tamam olmuşdur, hərbi xidmətdədir. X5 onun himayəsindədir, övladlarının ehtiyaclarını o ödəyir. Qızı məktəblidir, tələbatları günügündən artır. Hal-hazırda ödənilən aliment məbləği çox azdır. Cavabdehin qazancı yüksəkdir amma, uşağın saxlanılmasına əlavə yardım göstərməkdən imtina edir. Uşağın böyüməsi ilə onun təlabatları da günü-gündən artır. Ona görə aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi məqsədə uyğundur. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionuna uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafi, həmçinin 2021-ci il respublikamızda uşaqlar üçün yaşayış minimumunun 175 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(060)-2178/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin qismən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 03.04.2003-cü il təvəllüdlü X2 və 30.07.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər iki uşağa görə iddiaçı Cavabdeh əmək haqqının üçdə bir hissədi miqdarında və əlavə olaraq 80 (səksən) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli , 2(060)- 107/2020- saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş 03.04.2003-cü il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verilmiş, 13.08.2019-cu ildən iddiaçı Cavabdeh cavabdeh İddiaçı 03.04.2003-cü il təvəllüdlü X1 görə aliment ödəməkdən azad edilmiş, 13.08.2019-cu ildən başlayaraq 03.04.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 4/1 hissəsi və 70 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını, Sumqayıt şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli , 2(060)-107/2020- saylı qətnaməsini nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(060)-2178/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 30.07.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 4/1 hissəsi və 70 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(060)-2178/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 30.07.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehin qazancının və digər gəlirlərinin 4/1 hissəsi və 70 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar