Məhkəmə qərarları › İş №2(060)-4927/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4927/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4927/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4850 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 68.5 manatın əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3793/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə 18788 nömrəli qəbzlə ödəmiş olduğu 70 manat məbləğində dövlət rümumunun ona geri qaytarılması qərara alınmış, qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan 18 may 2022-ci il tarixli 2(060)-3793/2022 saylı məktubun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3793/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dövlət rüsumunun qaytarılmasına dair hissədə icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə 70 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair 18788 nömrəli qəbzi təkrarən iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı qanunla müəyyən edilmiş məbləğdə (68,50 manat) dövlət rüsumu ödəməli və buna dair yeni qəbzi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə də geri qaytarılmış, iddiaçı qərardadda qeyd edilən nöqsanları aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar