Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4929/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, atası X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1177/2020 saylı, 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək normal şəraitdə saxlanması üçün hər ay 170 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehin əmək haqqının üçdə biri miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o hazırkı iş üzrə iddiaçıya qarşı alimentin azaldılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə hazırlıq iclası keçirilərək iş üzrə məhkəmə baxışı təyin eidlmişdir. Qeyd edilənlərə əsasən cavabdeh işin Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir (43.1.). Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı alimentin azaldılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilərək iş üzrə hazılıq iclası xx.xx.2022-ci il tarixində keçirilmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Hazırkı iş isə Sumqayıt Şəhər Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Yəni, Abşeron Rayon Məhkəməsinin icraatında olan iş hazırkı işdən daha əvvəl icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı işlə Abşeron Rayon Məhkəməsinin icraatında olan iş bir-biri ilə bağlılıq təşkil etdiyindən onlara ayrı-ayrılıqda baxılması bir-birinə zidd məhkəmə aktlarının qəbul edilməsinə səbəb ola bilər. Bu səbəbdən hazırkı iş Abşeron Rayon Məhkəməsinin icraatında olan işlə birləşdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(060)- 4929/2022 saylı iş Cavabdeh İddiaçı qarşı alimentin məbləğinin azaldılması tələbinə dair 2(012)-3704/2022 saylı işlə birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4929/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4929/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver