Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-493/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şıxmurad oğluna qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Şıxmurad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2089,05 manat məbləğində ziyanın və dövlət rüsumu üçün ödənilmiş 41 manat məbləğində pul vəsaitinin Cavabdeh Şıxmurad oğlundan tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində təxminən saat 12 radələrində Abşeron rayonu, Saray qəsəbəsində Cavabdeh Şıxmurad oğlu idarə etdiyi “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Heydər Əliyev adına küçə ilə Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində hərəkətdə olan zaman X1 idarə etdiyi “Opel Astra” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatını yerinə yetirmək üçün əks hərəkət zolağına çıxaraq qarşıdan gələn ona məxsus olan “Mercedes Vito" markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə Aktına əsasən ona ümumi dəyəri 5525 manat maddi ziyan dəymişdir. Abşeron rayon Polis idarəsinin X3 tərəfindən araşdırma aparılmış və xətanın “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsündə olması müəyyən olunmuşdur. Hadisə nəticəsində “X5” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktına əsasən təmir xərcləri ilə birlikdə 5525 manat ziyan dəymişdir. Qeyd etmək istəyir ki, cavabdehin avtomobilini sığortalamış sığorta şirkəti tərəfindən ona sığorta hadisələri üzrə ödənişə əsasən 3435,95 manat dəymiş ziyan ödənilmişdir. Cavabdeh Şıxmurad oğlundan ona ödənilməli olan 2089,05 manat dəymiş ziyan məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləğı ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, baş vermiş yol nəqliyyat hadisədində səhv cavabdehdə olmuşdur. Nəticədə onun maşınına dəymiş zərərə görə 7000-8000 manat xərc çəkmişdir, lakin sığorta şirkəti dəymiş zərəri 5000 min manat məbləğində müəyyən etmişdir. Daha sonra cavabdehin maşınını sığorta edən şirkət 5000 manatı yarıya bölmüşdür. Belə ki, qəza zamanı bir neçə maşına ziyan dəymişdir. Əlavə olaraq onu da bildirir ki, maşında yaralılar da olmuşdur. Cavabdeh hadisəyə çox etinasız yanaşmış və bir dəfə də olsun, onlarla maraqlanmamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh Şıxmurad oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, 47649 nömrəli ödəniş tapşırığından görünür ki, 3435.95 manat Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktlndan görünür ki, “X5” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 5525 manat məbləğindədir. İşdə olan Abşeron Rayon Polis İdarəsinin 04.02.203-cü il tarixli 59/2-7128 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmaası Abşeron RPİ DYPŞ-də qeydiyyata alınmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin qərar ilə Cavabdeh Şıxmurad oğlunun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisədə sürücü Cavabdeh Şıxmurad oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Abşeon rayon Rpi-nin DYPŞ-nə göndərilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 3(012)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh Şıxmurad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ƏN Vİİİ nömrəli 486949 nömrəli etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdək İddiaçı avtomobilin mülkiyyətçisi X2 tərəfindən həmin avotomobili idarə etmək, bağışlamaq, sərəncam vermək və s. hərəkətləri etmək üçün etibarnamə verilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ƏN Vİİİ nömrəli 486949 nömrəli etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək kimi səlahiyyətlər İddiaçı etibar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı həmin maşına vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ da vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12.00-da Cavabdeh Şıxmurad oğlu idarə etdiyi “Hyundai Elantra” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “Opel Astra” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatını yerinə yetirmək üçün əks hərəkət zolağına çıxaraq qarşıdan gələn iddiaçıya məxsus olan “Mercedes Vito" markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və “Mercedes Vito" markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh Şıxmurad oğlunun yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması Abşeron Rayon Məhkəməsinin 3(012)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və digər iş materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Şıxmurad oğlu təqsirli olduğundan həmin hadisə nəticəsində “X5” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh Şıxmurad oğlu tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaladırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktına əsasən “X5” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 5525 manat məbləğində xərc çəkilmiş, xx.xx.2022-ci il tarixli, 47649 nömrəli ödəniş tapşırığına əsasən isə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına 3435.95 manat köçürülmüşdür. Nəticədə “X5” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın 2089,05 manat hissəsi (5525-3435.95) ödənilməmiş qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şıxmurad oğlu tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobilə dəymiş zərərə görə 2089.05 manat məbləğində vəsait cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 41 manat dövlət rusumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “X5” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2089,05 (iki min səksən doqquz manat beş qəpik) manat məbləğində ziyan və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu Cavabdeh Şıxmurad oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-493/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-493/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver