Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-493/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 y müddətinə illik 28,75% ödəmək şərtilə 6600 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, «Elektron Məhkəmə İnformasiya» sistemindən müəyyən edilir ki, cavabdeh Orucova X2 rayonu, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi ev 52, mənzil 8-də qeydiyyatdadır. Göründüyü kimi, mülki iş üzrə cavabdehin hüquqi ünvanı Siyəzən rayonu ərazisində qeydiyyatda oldugundan mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından göründüyü kimi, hazırki tələb pul tələbinin ödənilməsi üzrə yaranmış borcun tutulması barədədir və müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh Siyəzən rayonunda qeydiyyatda olduğundan, mülki işə Siyəzən Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə tələbinə dair 2(060)-493/2024 saylı mülki iş aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-493/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-493/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver