Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4941/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.000 (on üç min) manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı yaşadığı ünvan olan ünvan 1r ölçüdə sahibsiz tikilini həyat yoldaşı Sevda Qasımovanın adına özəlləşdirmək istəməyi ilə bağlı müraciət etdikdən sonra özünü ona bələdiyyə işçisi kimi tanıdan Cavabdeh bu işi həll edəcəyinə dair ona söz verdikdən sonra tanışı X10 ilə sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq əlbir olub bir qrup şəxs təşkil etmiş və aralarında razılaşma yolu ilə tanışı X6 hüquqşünas kimi ona tanıtmış öz aralarında razılaşıb 2019-cu ilin fevral ayının ortasında Sumqayıt şəhər, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən sahibsiz tikilinın yaxınlığında 3000 manat, 2019-cu ilin fevral ayında isə 1500 manat, ümumilikdə isə 18.000 manat məbləğində olan pul vəsaitini ələ keçirmişdir. Daha sonra isə X10 ilə razılığa gəlmişdirlər və pulun 5000 (beş min manat) geri qaytarmışdır. Geri qalan 13.000 ( on üç min manat) məbləği isə qaytarmır. Həmin şəxs ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. X10 və Cavabdeh başqa şəxslərə qarşı da aldatma və dələduzluq edib ilə pullar mənimsəmişdir. Məhkəmədən xahiş etmişdir ki, bu ədalətsizliyin qarşısı alınsın. Sumqayıt şəhər məhkəməsinin 1(060)-97/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1. 178.2.2 və 178.2.4 maddələri ilə təqsirli bilinərək 3(üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.
3. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o pul almamış, onlar pulu X1 hazırlanması məqsdəilə vermişdir. Bu səbəbdən də onun iddiası tamamilə əsassızdır və şər böhtan xarakterlidir. Buna görədə məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 13.000 manat pulu tələb edirlər. Həmin məbləğdən heç bir ödəniş edilməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-97/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 13 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2025-ci il tarixdən hesablanması,Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi,Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2024-cü il tarixdən hesablanması,X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılması,mülki iddiaçı X2 mülki iddiası qismən təmin edilməsi, vurulmuş maddi ziyana görə 16.000 (on altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh X4 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X3 ödənilməsi,mülki iddia qalan hissədə təmin edilməməsi,vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməsi, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 144 (yüz qırx dörd) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 243 (iki yüz qırx üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi,X7 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vakil Bürosunun vəkili X11 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata gora isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 231 (iki yuz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir.
8. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 261 manat məbləğində dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X6 hüquqşünas kimi ona tanıtmış öz aralarında razılaşaraq 2019-cu ilin fevral ayının ortasında Sumqayıt şəhər, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən sahibsiz tikilinın yaxınlığında 3000 manat, 2019-cu ilin fevral ayında isə 1500 manat, ümumilikdə isə 18.000 manat məbləğində olan pul vəsaitini ələ keçirmişdir. Sonradan 5000 manat pulu geri qaytarsa da, qalan məbləğ 13.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
11. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
12. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.
13. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).
15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan aldığı 6000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
17. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
18. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 13.000 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia ərizəsində dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş 260 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
20. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
Nəticə hissəsi:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 13.000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova