Məhkəmə qərarları › İş №2(060)-495/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-495/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-495/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı «pul tələbi barədə" dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 fevral 2020-ci il tarixli, SUNPU-3558 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2294,4 manat, faiz borcuna görə 67,62 manat, dəbbə borcuna görə 0 manat, cəmi 2362,02 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 23.07.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı «pul tələbi barədə" dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar