Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4953/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 10800 manat dəymiş ziyan və 100 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10900 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi təxmini 3 ilə yaxındır ki, tanıyır. Cavbadeh onun Saray qəsəbəsində qonşusu Nihadın iş yoldaşı olmuşdur. Cavabdeh qonşusu Nihadla "xxxx" MMC-də işləyiblər. Cavabdeh Nihadgilə tez-tez gəlib getdiyindən onların aralarında münasibətlər yaranmış, onunla tez-tez görüşməyə başlamışlar. Daha sonra aralarında dostluq münasibətləri yaranmışdır. Cavabdehi iddiaçının ticarətlə məşğul olduğunu bilirdi. O, dəfələrlə iddiaçının iş yerində olmuş, hansı fəaliyyət növü ilə məşğul olduğunu görmüşdür. Hardasa 2019-cu ilin əvvəllərində cavabdeh iddiaçıya təcili olaraq 3 min manat pul lazım olduğunu bildirmiş və ondan aşağı faizlə ona pul tapmağını xahiş etmişdir. İddiaçı ona əlində pul olduğunu, lakin malın pulu olduğunu bildirərək tez bir zamanda qaytaracağı halda verə biləcəyini demişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, 2 ay ərzində pulunu tam olaraq qaytaracaqdır. İddiaçı 3000 manatı ona vermişdir. Cavabdeh təxminən 10 gün sonra iddiaçıya söz verdiyi vaxtdan da tez 500 manat pul qaytarmış və yerdə qalan 2500 manat pulu da tez bir zamanda qaytaracağına söz vermişdir. Bir həftə sonra isə cavabdeh iddiaçıdan bir nəfərə 1500 manat məbləğində pul lazım olduğunu və bir ay ərzində qaytaracağını demişdir. İddiaçı ona 1500 manat pul vermidşir. O, əvəzində həmin şəxsin hesab kartını iddiaçıya vermiş və hesaba 1 ay ərzində pul yüklənəcəyini demişdir. Təxminən 15-20 gün sonra cavabdeh iddiaçıya zəng edərək görüşmək istədiyini bildirmişdir. İddiaçı onunla görüşəndə anasının təcili əməliyyat olunmasına ehtiyac olduğunu, əməliyyat olmayacağı təqdirdə həyati təhlükəsinin ola biləcəyini bildirərək 2000 manat pula ehtiyacının olduğunu bildirmiş və bankdan pul götürərək iddiaçının həm əvvəlki, həm də indi verəcəyi pulu tez bir zamanda (təxmini 10 gün) qaytaracağını bildirmişdir. Əvvəl aldığı pul vaxtından da tez qaytardığı üçün iddiaçı ona inanmış və ona 2000 manat pul vermişdir. Cavabdeh onun cəmi 10 gün müddətində qaytarmadığını görüb onunla əlaqə saxlamış, o, iddiaçıya 2 günə məsələnin həll olunacağını bildirmişdir. Lakin 2 gün sonra cavabdeh iddiaçının zənglərinə cavab verməmiş və daha sonra ona ümumiyyətlə zəng çatmamışdır. Dəfələrlə ona zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. İddiaçı onların evlərinə zəng edərək bu barədə anasına bildirmiş, cavabdehin onu aldatdığını, telefonlarına cavab vermədiyini və bu səbəbdən də ona zəng etmək məcburiyyətində qaldığını bildirmişdir. Cavabdehin iddiaçının pulunu qaytarmayacağı təqdirdə onun barəsində polisə müraciət edəcəyini bildirmişdir. Anası məsələdən xəbəri olmadığını bildirmiş, bu barədə cavabdehlə danışacağını və xəbər edəcəyini bildirmişdir. Səhərisi gün cavabdeh iddiaçıta tanımadığı telefonla zəng edərək görüşmək istədiyini bildirmiş, iddiaçı onunla razılaşmışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, bankdan pul götürərək iddiaçının bütün borclarını ödəyəcəkdir. Bu səbəbdən də Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən X4rşısına gəlməyi təklif etmişdir. İddiaçı onunla razılaşmışdır. Səhərisi gün iddiaçı X4bağına gedərkən cavabdehlə birlikdə anasının da orada olduğunu görmüşdür. O, anası ilə birlikdə banka girib çıxandan sonra iddiaçıya bildirmişlər ki, guya cavabdeh bankın qara sihasındadır, onun bankda 1800 manat borcu olduğundan ona pul verilmir. Bankın tanış əməkdaşı 1800 manat ödənildikdən sonra ona 10.000 manat məbləğində kredit verəcəyinə söz verir. Cavabdeh iddiaçıya bildirmişdir ki, əgər 1800 manatı iddiaçı ödəyə bilsə, həmin gün bankdan pul götürərək iddiaçınln bütün borclarını ödəyəcəkdir. İddiaaçı elə həmin gün evdən 1800 manat pul gətirərək Bankın qarşısında cavabdehə vermiş, cavabdeh həmin pulu apararaq banka ödəmiş və qəbzini gətirib iddiaçıya göstərərək bütün borcu ödədiyini heç bir problem olmadığını sadəcə olaraq günün sonu olduğundan və borcun bağlanmasından ən azı 1 gün vaxt keçməli olduğunu bildirərək pulu səhər tezdən götürəcəyini bildirmiş və səhər saat 9-da bankın qarşısında olmağını bildirmişdir. İddiaçı qəbzi gördükdən sonra onun ödəniş etdiyini görmüş və onda inam yaranmışdır ki, həqiqətən də bank ona pul verəcək. Səhərsi gün iddiaçı bankın qarşısına getsə də, cavabdehin orada olmadığını görmüş və onun telefonlarına zəng etmək istəs də, ona zəng çatmamışdır. Təxminən bir neçə gün sonra cavabdeh qohumu ilə iddiaçının iş yerinə gələrək onunla görüşüb danışmaq və məsələni qaydasına qoymaq istədiyini demişdir. Onunla görüş zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, bu müddət ərzində iddiaçıya zəng edə bilməməyinin və onunla görüşə bilməməyinin səbəbi odur ki, o DİN-nə sənəd vermiş başı o məsələyə qarışdığı üçün iddiaçıyla əlaqə saxlaya bilməmişdir.X5 X2 namizədlərlə görüş zamanı onu bəyənmiş, nəticələri xoşuna gəlmiş və onu X1 İşə qəbul edəcəyini bildirmişdir. Daha sonra cavabdeh ona bildirmişdir ki, nazir onu bəyənsə də, işə qəbul olunmaq üçün ondan pul tələb olunur, o pulu verməsə, heç nə alınmayacaq və bu şansı itirmiş olacaq. Ona görə də 3000 manat pul verməlidir. Pulu verəndən sonra hər ay 850 manat maaş alacaq və maaş kartını iddiaçıya verəcək ki, bununla da tez bir zamanda iddiaçıya olan borcu tamamilə dolacaqdır. İddiaçı onun Polisə düzəlmək istədiyini başqa şəxslərdən də eşitmişdi deyə bu dəfə də ona aldanaraq 3000 manat ona pul vermişdir. Cəmi bir neçə gündən sonra o PPXavtomobili ilə iddiaçınln iş yerimə gələrək öz maaş kartını iddiaçıya vermiş və ayın əvvəli maaş yüklənəcəyini maaşın hamısını iddiaçının götürəcəyini bildirmiş və iddiaçı ilə görüşü ayrılmışdır. İddiaçı ayın əvvəli kartı bankomata salanda kartda cəmi 95 qəpik pul olduğunu görmüşdür. Cavabdehə zəng etmiş, lakin o, telefonu götürməmişdir. Bundan sonra bir neçə dəfə yoxlasa da, karta pul oturmadığının şahidi oldmuşdur. Daha sonra dostları iddiaçıya bildirmişlər ki, cavabdehin iddiaçıya verdiyi kart maaş kartı yox, adi debit kartdı. İddiaçı növbəti dəfə cavabdeg tərəfindən aldadıldığını bilmişdir. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubuna əsasən qeyd olunan əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması ləğv edilmişr və iş mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh özü polis əməkdaşı olub. Lakin xidmətində yol verdiyi nöqsanlara görə işən çıxarılıb. Məhkəmə iclaslarından xəbəri olsa da, gəlib iştirak etmir. İş materiallarına əlavə edilmiş video-disk, votsap yazışmaları ilə cavabdehin iddiaçıya olan borcu təsdiq olunur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. 16 saylı Mənzil-Kommunal Sahəsinin 664 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh ünvan 1 ünvanında yaşayır. 14 saylı Mənzil-Kommunal Sahəsinin 428 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Rafiq Quliyrv tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına tərəflər arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yazışmaların kağız üzərində olan mətni və disk yazısı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yazışmaların kağız üzərində olan mətnində və disk yazısında cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 10800 manat pul vermiş, daha sonra cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 10800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10800 (on min səkkiz yüz) manat pul və 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4953/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4953/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver