Məhkəmə qərarları › İş №2(060)-4975/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4975/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4975/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 (üç min altı yüz) manat məbləğində borc pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin mart ayında Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pulu 2020-ci ilin may ayında qaytaracağını söyləsə də, bu günə qədər heç bir ödəniş etməmişdir. İddiaçı hər dəfə verdiyi pulu tələb etdikdə cavabdeh ona işləmədiyini və yaxın zamanlarda borcu ödəyəcəyini söyləyərək yubatmışdır. İddiaçı bununla bağlı xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis bölməsində verdiyi izahatında iddiaçıdan borc aldığını və qaytarmadığını etiraf etmişdir. Odur ki, İddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirdi ki, iddia tələbini qəbul edir, lakin tələb olunan məbləği ödəməyə imkanının olmadığını, 50 manat ödəməyə gücü çatdığını bildirdi. Məhkəmədən qətnamə qəbul edilərkən bu hallara diqqət yetirilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki,iş materiallarında olan - Cavabdeh xx.xx.2020-ci il tarixli Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsində verdiyi izahatın surətindən görünür ki, cavabdeh iddia ərizəsində göstərilən 3600 (üç min altı yüz) manat borc pulu İddiaçı aldığını etiraf edir. -Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçının 3600 (üç min altı yüz) manat pul tələbini qəbul edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh 2019-cu ildə İddiaçı 3600 (üç min altı yüz) manat borc pul almışdır. Lakin götürdüyü borcu ödəməmişdir. Ona görə də iddiaçı cavabdehə verdiyi 3600 (üç min altı yüz) manat pulu tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3600 (üç min altı yüz) manat pul, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar