Məhkəmə qərarları › İş №2(060)-4975/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4975/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4975/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ** DS *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı minik avtomobilinə dəymiş 2770 manat zərərin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, onun mülkiyyətində olan, etibarnamə ilə övladı Həmzəli Türkel tərəfindən idarə edilən Hyundai Elantra markalı avtomobili 16 dekabr 2024-cü il tarixdə saat 13:15 radələrində Zabrat qəsəbəsindən şəhər istiqamətinə hərəkətdə olarkən Koegel yarımqoşqulu ** YF *** dövlət nömrə nişanlı maşının sürücüsü tərəfindən vurulmuşdur. ** DS *** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edən oğlu Türkel öz yolu ilə şəhər istiqamətində orta zolaqla hərəkət edərkən, sol zolaq ilə hərəkətdə olan Koegel yarımqoşqulu ** YF *** dövlət nömrə nişanlı yük avtomobili şəhər şossesində yerləşən işıqfordan Sabunçu qəsəbəsi istiqamətinə dönmək istərkən dönmə radiusunu doğru yerinə yetirmədiyindən yük maşının arxa sağ küncü oğlunun idarə etdiyi maşının bütövlükdə sol tərəfini vurmuş, sol arxa qapı əzilmiş, qabaq qapı isə tamamilə sıradan çıxmışdır. Qarşı tərəf oğlunun dəfələrlə siqnal verməsinə nəinki məhəl qoymamış, əksinə heç bir şey olmamış kimi sürətlə yoluna davam etmişdir. Psixoloji sarsıntı keçirən oğlu idarə etdiyi avtomobilin sol güzgüsü (avtomobilin idarə olunmasında sol tərəfdə yerləşən güzgünün hansı funksiya daşıdığı hər kəsə bəllidir) olmadan yarımqoşqulu yük avtomobilinin arxasınca xeyli sürüb onu saxlatdırdıqdan sonra 102 çağrı xidmətinə mobil telefon vasitəsilə müraciət etmişdir. Sabunçu rayon Polis idarəsinin X9 Şöbəsinin çağırışa gələn yol nəqliyyat hadisələri üzrə əməkdaşı hadisə yerində olmuş və müvafiq araşdırma aparmışdır. Bundan sonra zərərçəkən və cavabdeh şəxslər Sabunçu rayon Polis İdarəsinin Dövlət X7 dəvət olunaraq onların rəsmi izahatları alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Koegel yarımqoşqulu ** YF *** dövlət nömrə nişanlı yük avtomobilinin icbari sığortası yoxdur. Belə olan təqdirdə Sabunçu rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında rəsmi protokola (İXP ******* saylı xx.xx.2024-cü il tarixli) əsaslanaraq Cavabdeh təqsiri üzündən mülkiyyətində olan ** DS *** dövlət nömrə nişanlı Hyundai Elantra narkalı minik avtomobilinə dəymiş 2770 manatlıq zərərin ödənilməsi üçün Sabməhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona məxsus avtomobil müvafiq avtomobil xidməti müəssisəsində müayinədən keçirilmiş, dəymiş ziyan qiymətləndirilmiş və bu barədə qüsur aktı tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. O, bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya bu məbləğdə ziyan dəyməmişdir. İddia ərizəsində göstərilən zərərin məbləği şişirdilmişdir. O, iş üzrə yenidən müvafiq ekspertizanın keçirilməsini və real zərərin əvəzinin dəqiqləçdirilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** DS *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobilinin sahibi İddiaçıdur. - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ** DS *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobilini idarə etmək səlahiyyətini xx.xx.2028-ci il tarixədək X3 etibar etmişdir. - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Koegel yarımqoşqu markalı ** YF *** dövlət nömrə nişanlı yük avtomobilin sahibi X1r. - Sabunçu rayon DYPŞ-nin yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 13:15-də Koegel yarımqoşqu markalı, ** YF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş, avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əməliyyatı etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - X5 tərəfindən tərtib edilmiş 2 saylı qüsur aktından görünür ki, ** DS *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobilin təmir-bərpa xərci cəmi 2770 manat təşkil edir, o cümlədən ehtiyat hissələri-1770 manat, xidmət haqqı-1000 manat. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1125/2025 saylı ekspert rəyindən görünür ki, iş materiallarında X5 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Hyundai avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Elantra" markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2220,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti -1420,00 manat; təmir-bərpa işlərinin qiyməti - 800,00 manat. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 16 dekabr 2024-cü il tarixdə iddiaçıya məxsus olan və etibarnamə əsasında idarə edilən “Hyundai Elantra" markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsindən şəhər istiqamətinə hərəkətdə olarkən Cavabdeh idarə eldiyi “Koegel yarımqoşqu” markalı ** YF *** dövlət nömrə nişanlı avtomobil iddiaçının övladının idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu rayon DYPŞ-də araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar çıxarılmışdır. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadiaəasi nəticəsində “Hyundai Elantra" markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, “Hyundai Elantra" markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə avtomobilin nəzəri hesablama aparılmaqla qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Elantra" markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 2220 manat müəyyən edilməsini daha real və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2220 manat məbləğində pul tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 dekabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 2220 manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilməkdən azad edilmiş 42,20 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq X2 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar