Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5007/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2022-ci il, 16 avqust 2022-ci il və 28 noyabr 2022-ci il tarixli şifahi borc müqavilələri ilə müəyyən edilmiş 3000 (üç min) manat borc məbləğinin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3050 (üç min əlli) manat pul məbləğinin cavabdeh X1 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 07 iyul 2022-ci il tarixində 500 (beş yüz), 16 avqust 2022-ci il tarixində 1200 (bir min iki yüz) və 28 noyabr 2022-ci il tarixində 1300 (bir min üç yüz) manat, ümumilikdə 3000 (üç min) manat dəyərində şifahi borc müqaviləsi bağlanmışdır. O cümlədən, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli yazılı ərizələri ilə İddiaçı sözügedən məbbğdə borc aldığmı etiraf etmiş, bu halı öz imzası ilə təsdiq etmişdir. Cavabdehə yaranmış borcu ödəməli olduğu şifahi qaydada dəfələrlə bildirilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamış,Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməli olduğu halda icra etməmişdir. Beləlliklə, İddiaçı borc tələbinin pozulması və pozuntuların aradan qaldırılmaması səbəbilə müvafıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vərərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 39 saylı məktəbdə işləyirdi. Cavabdeh ibtidai sinif müəlliməsidir. Bildirir ki, cavabdeh çox adamdan borc aldığı üçün anası onu evdən qovmuşdu. Cavabdeh ona yalvararaq borc pul istəmiş, onun da yazığı gəldiyi üçün 500 manat borc pul vermişdir. Cavabdeh ona həmin pulu 1 həftə ərzində qaytaracağını bildirmişdi. İyul ayının 7-də 500 manat, avqust ayının 16-da 1200 manat, daha sonra isə əlavə olaraq 1300 manat, ümumilikdə cavabdehə 3000 manat borc pul verib. Cavabdeh lotereya oynadığını, birdəfəlik ona borclu olduğu pulu geri qaytaracağını demiş, lakin vədinə əməl etməmişdir. Bildirir ki, cavabdeh həmin puldan ümumilikdə 900 manat qaytarmışdır. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən həmin pulu nəzərə almamalıdır. Belə ki, o cavabdehə başqa şəxslərdən borc pul almış, sonra həmin şəxslərin borcunu qaytarmaq üçün bankdan kredit götürmüş və əlavə faizlər ödəməli olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS844069661AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı ayın sonuna kimi 500 manat pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. İşdə olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1200 manat borc pul götürdüyünü bildirmişdir. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. İşdə olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçıydan 1300 manat borc pul götürdüyünü və sabah axşama kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh borc müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə verdiyi izahatında cavabdehin ona olan borcundan 900 manat qaytardığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2100 (3000-900) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin təmin edildiyindən (70 % hissədə) ödənilmiş 50 manat dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5007/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5007/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver