Məhkəmə qərarları › İş №2(060)-5019/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5019/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5019/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün 117 (yüz on yeddi) manat ödənilməmiş hissə, 32 manat dəbbə, cəmi 149 manat, xx.xx.2019-cu il,tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün 363 manat ödənilməmiş hissə, 112 manat dəbbə, cəmi 475 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün 780 manat ödənilməmiş hissə, 214 manat dəbbə, cəmi 994 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün, 1428 manat ödənilməmiş hissə, 392 manat dəbbə, cəmi 1820 manat, ümumilikdə 3438 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3468 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,cavabdeh, “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodları **********73834, **********00213, **********61439, **********49437 olan Samsung Galaxy A10, Samsung Galaxy A30, Samsung Galaxy A70, Samsung Galaxy S10 markalı telefonlar almış və nəticədə 3438 (üç min dörd yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 330 (üç yüz otuz) manat (12 ay x 18 manat + 114 manat ilkin ödəniş) İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 149 (yüz qırx doqquz,) manat olmaqla ondan, 117 (yüz on yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 668 (altı yüz altmış səkkiz) manat (12 ay x 47manat +104 manat ilkin ödəniş) İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 475 (dörd yüz yetiş beş) manat olmaqla ondan, 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 917 (doqquz yüz on yeddi) manat (12 ay x 65 manat + 137 manat ilkin ödəniş) İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 994 (doqquz yüz doxsan dörd,) manat olmaqla ondan, 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2147 (iki min yüz qırx yeddi) manat (12 ay x 119 manat + 719 manat ilkin ödəniş) İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 1820 (min səkkiz yüz iyirmi,) manat olmaqla ondan, 1428 (min dörd yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 392 (üç yiiz doxsan iki) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1374 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, ona pul lazım olduğuna görə qeyd olunan telefonları alaraq satmışdır. Hazırda isə onun maddi imkanı yoxdur və ondan tələb olunan məbləği ödəməyəcəkdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodları **********73834,**********00213, **********61439, **********49437 olan Samsung Galaxy A10, Samsung Galaxy A30, Samsung Galaxy A70, Samsung Galaxy S10 markalı telefonlar almış və nəticədə 3438 (üç min dörd yüz otuz səkkiz) manat borc yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 3438 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq üç gün müddət verilməklə müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əkstəqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarındabağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün 32 manat dəbbə, İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün 112 manat dəbbə, İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün 214 manat dəbbə, İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün 392 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün 5 manat dəbbə, İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün 10 manat dəbbə, İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün 20 manat dəbbə, İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün 40 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün 117 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2019-cu il, tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün 363 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün 780 manat ödənilməmiş hissə, 20 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün, 1428 manat ödənilməmiş hissə, 40 manat dəbbə olmaqla, ümumilikdə 2763 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galaxy A10 markalı telefon üçün 117 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2019-cu il, tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galaxy A30 markalı telefon üçün 363 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galaxy A70 markalı telefon üçün 780 manat ödənilməmiş hissə, 20 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galaxy S10 markalı telefon üçün, 1428 manat ödənilməmiş hissə, 40 manat dəbbə olmaqla, ümumilikdə 2763 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rəddedilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar