Məhkəmə qərarları › İş №2(060)-5026/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5026/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5026/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.12.2019-cu il tarixli, 200804-826825/1 nömrəli istehlak krediti müqaviləsi Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat 87 (səksən yeddi) qəpik məbləğində əsas borc və 1245 (min iki yüz qırx beş) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 5706 (beş min yeddi yüz altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcunun və 20.12.2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 59 (əlli doquz) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 12 (on iki) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 08 (səkkiz) qəpik borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200892- PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 59 (əlli doquz) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 12 (on iki) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 08 (səkkiz) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200804- 826825/1 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat 87 (səksən yeddi) qəpik məbləğində əsas borc və 1245 (min iki yüz qırx beş) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 5706 (beş min yeddi yüz altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200804-826825/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 5000 (beş min) manat olan kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsi ilə, 36 ay müddətinə kredit xətti ayılmışdır. Borc alan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 20.12.2019-cu il tarixli 200804-826825/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 17.05.2021-ci il tarixinə cavabdehin 4460,87 manat məbləğində əsas borc və 1245,51 manat faiz borcu olmaqla, ümumilikdə 5706,38 manat məbləğində kredit borcu yaranmışdır. 20.12.2019-cu il tarixli 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 17.05.2021-ci il tarixinə cavabdehin 279,5 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 12, 58 manat cərimə borcu olmaqla, ümumilikdə 292,08 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200892-PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 59 (əlli doquz) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 12 (on iki) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 08 (səkkiz) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun və 20.12.2019-cu il tarixli, 200804-826825/1 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat 87 (səksən yeddi) qəpik məbləğində əsas borc və 1245 (min iki yüz qırx beş) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 5706 (beş min yeddi yüz altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.12.2019-cu il tarixli, 200804-826825/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200804-826825/1 nömrəli krediti müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.05.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 17 may 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20 dekabr 2019-cu il tarixli 200804-826825/1 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4460,87 manat və 1245,51 faiz borcu, cəmi 5706,38 manat borcu mövcuddur. İş materiallarında olan 20.12.2019-cu il tarixli, 200892-PC********** saylı Smile kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200892-PC********** saylı Smile kredit xətti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.05.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 17 may 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20.12.2019-cu il tarixli, 200892-PC********** saylı Smile kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 279,50 manat, 0 manat faiz borcu və 12,58 manat cərimə, cəmi 292,08 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respuyblikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.02.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 12, mənzil 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200804-826825/1 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat 87 (səksən yeddi) qəpik məbləğində əsas borc və 1245 (min iki yüz qırx beş) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 5706 (beş min yeddi yüz altı) manat 38 (otuz səkkiz) qəpik və 20.12.2019-cu il tarixli, 200892- PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 59 (əlli doquz) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 12 (on iki) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 08 (səkkiz) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli, 200804-826825/1 saylı kredit müqaviləsinə və 20.12.2019-cu il tarixli, 200892- PC********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 20.12.2019-cu il tarixli, 200804-826825/1 saylı kredit müqaviləsinə əsasən 4460 (dörd min dörd yüz altmış) manat 87 (səksən yeddi) qəpik məbləğində əsas borc və 1245 (min iki yüz qırx beş) manat 51 (əlli bir) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 5706 (beş min yeddi yüz altı) manat 38 (otuz səkkiz) qəpik və 20.12.2019-cu il tarixli, 200892-PC********** saylı kredit müqaviləsinə əsasən 279 (iki yüz yetmiş doqquz) manat 59 (əlli doquz) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 12 (on iki) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 08 (səkkiz) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar