Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-503/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277.40 manat məbləğində pulun alınaraq M/H: AZ41NABZ**********000003944 ,VÖEN **********, Kod,210005, SWİFT: CTREAZ22, H/H:AZ66CTRE**********002107131, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifat kodu:142330, saylı hesaba köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 215/2022 saylı, 30.11,2022-ci il tarixlı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsilə təqsirli bilinərək 08 ay 22 güna azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, vəzifəsi qoyulmuşdur. Hökm və onun icra olunması barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ və enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmın vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitənin zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh mobil qurğunu, enerji adapterıni və elektron qolbağı təhvil verməmiş, hal-hazırda onların harada olduğunu bilmir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron nəzarət vasitəsini itirmiş və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh nəinki qolbağı, ümumiyyətlə komplekti geri qaytarmır. Hazırda qurğunun harada olduğunu bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Ünvan tam deyil” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində aşkar edilən mobil nömrəyə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Bakı Şəhər Səbail Məhkəməsinin 1(009)-215/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün məzmunundan görünür ki, Cavabdeh əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 29, 177.1-ci maddəsinə tövsif edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hüseynzadə llkin Alim oğlunun 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək, 13 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) ay, 19 (on doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi, Hüseynzadə llkin Alim oğlunun barəsində başqa yerə getmamək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Hüseynzadə llkin Alim oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. İşdə olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən qeydiyyatdan keçmək üçün üç gün müddətində Sumqayıt Şəhər Probasiya gəlməsi, üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İşdə olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, müvafiq hökmün icrası ilə əlaqədar böyük icra məmuru X1 İlkin Alim oğlunun yaşadığı ünvanında olmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun üzərinə tətbiq olunmuşdur. Məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdalıq edilmişdir. Bundan sonra məhkuma 1 ədəd elektron qolbağ, 1 ədəd mobil qurğu, və 1 ədəd enerji adapterı tehvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru məhkuma tətbiq edilmiş nəzarət vasitəsinin vaxtında İcra İdarəsinə qaytarılmaması ilə əlaqədar məhkumun yaşadığı ünvana getmiş, lakin məhkum evdə olmamış, məhkumun anası isə nəzarət vasitəsinin harada olduğundan xəbəri olmadığını bildirmişdir. İşdə olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 saylı məktubdan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilən mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri, yəni 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik aparatı, 1 ədəd proqram lisenziyası üçün 1930 AZN və 347,40 AZN ƏDV olmaqla ümumilikdə 2277.40 AZN-dir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ona təhkim edilmiş elektron nəzarət qurğusunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarmamış, nəticədə dövlət büdcəsinə 2277.40 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan sənədlər ilə də təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi QAYDALARİ”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində zərər tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzərat vasitəsinin dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (M/H: AZ41NABZ**********000003944 ,VÖEN **********, Kod,210005, SWİFT: CTREAZ22, H/H:AZ66CTRE**********002107131, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifat kodu:142330, saylı hesaba) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-503/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-503/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver