Məhkəmə qərarları › İş №2(060)-5030/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5030/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5030/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində pulun, vəkilə müqavilə üzrə ödədiyi 300 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh Sumqayıt şəhəri, Nizami küçəsi,19C., məhəllə 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ünvan 2 mənzil 6 da ailəsi ilə birlikdə yaşayır. Cavabdeh Sumqayıt maşın bazarında maşın alveri ilə məşğul olan şəxs kimi tanımışdır. İddiaçı olaraq o, mülkiyətində olan ** UN *** dövlət qeydiyyat nişanlı Mercedes E-220 CDİ markalı avtomaşınını satmaq qərarına gəlmişdir. Bu səbəbdən də, Cavabdeh xahiş etmişdir ki, avtomobilini satsın. Cavabdeh ona bildirmişdir ki, avtomobilini satdıqdan sonra vasitəçi kimi ondan 300-350 manat xidmət haqqı alacaq. Bu səbəbdən də, iddiaçı olaraq o, mülkiyətində olan ** UN *** dövlət qeydiyyat nişanlı Mercedes E-220 CDİ markalı avtomaşınını satmaq üçün Cavabdeh vermişdir. Cavabdeh avtomaşınını bir-iki ay özündə saxlayandan sonra ona bildirmişdir ki, güya ki, müəyyən texniki nasazlıqları aradan qaldırmaq üçün avtomaşına 950 manat xərc qoymuşdur. Cavabdeh həmin 950 manatı ondan tələb etmiş və ondan almışdır. Sonra ona bildirmişdir ki, avtomobili 19.500 manata almaq istəyən müştəri var və maşınını həmin adamın adına rəsmiləşdirərək maşınını satmışdır. Cavabdeh ona avtomobilinin satışından sadəcə 4.500 manat pul vermiş və o, cavabdehdən yerdə qalan 15.000 manatını tələb etmişdir. Cavabdeh isə ona min bir bahanə gətirərək bildirmişdir ki, güya ki, cavabdehin adına 15.000 manata bazar qiymətindən də, aşağı Mersedes E klass maşını var və həmin avtomobili ona satacaq. İlk vaxtlar o, cavabdehə inanmış, lakin sonra araşdırmış və ona məlum olmuşdur ki, Cavabdeh adına onun dediyi kimi elə bir avtomobil heç vaxt olmamışdır. Bununlada o, başa düşmüşdür ki, Cavabdeh onu aldatmış və onun 15.000 manat pulunu onun etibarından istifadə edərək mənimsəmişdir. Hal-hazırda o, maddi zərər çəkmiş şəxsdir. Günü bu günədək Cavabdeh onu aldadaraq müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmır. Beləliklə də, Cavabdeh ona 15.000 manat borcu olduğunu etiraf etməsinə baxmayaraq bu günə qədər həmin vəsaiti ona qaytarmaqdan boyun qaçırır. Bu səbəbdən də, hesab edir ki, Cavabdeh onun etibarından sui istifadə edərək, onu aldatmışdır. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etmişdir. Orada onların izahatları alınmışdır. Cavabdeh avtomobilini satdığını və onun 15.000 manatını vermədiyini və cavabdehin 15.000 manat ona borclu olduğunu Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində verdiyi izahatında etiraf etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində ona bildirmişlər ki, Cavabdeh 15.000 manat ona borclu olduğunu orada verdiyi izahatında etiraf etmişdir. Bu səbəbdən də, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində ona bildirmişdir ki, pul tələbinə dair məhkəməyə müraciət etməlidir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də verdiyi izahatının surətindən görünür ki, Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun İddiaçı 15.000 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hüquqi yardıma görə Pro Bono Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi üçün 300 manat məbləğində pul və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğin pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15.000 manat məbləğində pul, 300 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15.000 manat məbləğində pul, 300 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar