Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5040/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli istehlak krediti müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 1064.22 manat məbləğində əsas borc və 362.8 manat faiz borcu olmaqla, ümumilikdə 1427.02 (bir min dörd yüz iyirmi yeddi (02) manat və 05 noyabr 2019 il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 154.91 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 6.97 manat cərimə borcu olmaqla, ümumilikdə 161.88 (bir yüz altmış bir (88) manat borcun və 30.40 (otuz (40) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 1450 (bir min dörd yüz əlli (00) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2019 il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana faiz dərəcəsi ilə, 36 ay müddətinə kredit xətti ayrılmışdır. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditlər üzrə hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 17 may 2021-ci il tarixinə cavabdehin 1064.22 manat məbləğində əsas borcu və 362.8 manat faiz borcu olmaqla, ümumilikdə 1427.02 (bir min dörd yüz iyirmi yeddi (.02)) manat məbləğində kredit borcu yaranmışdır. 05 noyabr 2019 il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 17 may 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 154.91 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 6.97 manat cərimə borcu olmaqla, ümumilikdə 161.88 (bir yüz altmış bir (88) manat məbləğində kredit borcu yaranmışdır. Borcalan kredit müqavilələrin şərtlərinə və qaydalarına əsasən kreditlərin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh1 və Cavabdeh2 iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 01.04.2019-cu il tarixli, № 200804-676462/1 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 1450 (bir min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.04.2019-cu il tarixli, № 200804-676462/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 oğlu (zamin) arasında 01 aprel 2019-cu il tarixli 200804-676462/1 №li kredit müqaviləsinin təminatı kimi 01 aprel 2019-cu il tarixli 200804-676462/1 №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında 01 aprel 2019-cu il tarixli 200804-676462/1 №li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İş materiallarında olan 05.11.2019-cu il tarixli, № 200892-PC********** saylı “Smile Kredit Xətti Müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05.11.2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. İş olan “xxxx” ASC-nin 17.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxx” ASC-yə 05.11.2019-cu il tarixli, 200892-PC********** saylı kredit müqaviləsinə əsasən 154,91 manat əsas borcu və 6,97 manat cərimə borcu olmaqla, cəmi 161,88 manat borcu vardır. İş olan “xxxx” ASC-nin 17.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxx” ASC-yə 01.04.2019-cu il tarixli, 200804-676462/1 saylı kredit müqaviləsinə əsasən 1064,22 manat əsas borcu və 362,8 manat faiz borcu olmaqla, cəmi 1427,02 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 32-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli istehlak krediti müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064.22 manat məbləğində əsas borc və 362.8 manat faiz borcu olmaqla, ümumilikdə 1427.02 (bir min dörd yüz iyirmi yeddi (02) manat və 05 noyabr 2019 il tarixli, 200892- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 154.91 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 6.97 manat cərimə borcu olmaqla, ümumilikdə 161.88 (bir yüz altmış bir (88) manat borcun və 30.40 (otuz (40) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 01 aprel 2019 il tarixli, 200804-676462/1 nömrəli istehlak krediti müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064.22 manat məbləğində əsas borc və 362.8 manat faiz borcu olmaqla, ümumilikdə 1427.02 (bir min dörd yüz iyirmi yeddi (02) manat və 05 noyabr 2019 il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 154.91 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 6.97 manat cərimə borcu olmaqla, ümumilikdə 161.88 (bir yüz altmış bir (88) manat borcun və 30.40 (otuz (40) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5040/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5040/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver