Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-505/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1020 manat maddi ziyan, 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2020-ci il tarixdə, saat 19:00 radələrində Masazır Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 5-10 km/saat surətlə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Hyundai” markalı avtomobil arxadan onun avtomobilinə dəymiş və avtomobili əzilmişdir. Nəticədə daha 3 başqa avtomobilə ziyan vurulmuşdur. Yol hadisəsinin əyləc sistemində nasazlığı olan “Hyundai” markalı avtomobilin sürücüsü, Cavabdeh təqsiri üzündən baş verdiyi sübuta yetirilmiş və bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarda aydın yazılmışdır. Hadisə nəticəsində ona 1760 manat ziyan dəymişdir. Bu barədə “xxxx” ASC-nin hesablama aktı da vardır, həmin aktın surətini ərizəsinə əlavə edir. Zərərin bir qismi ona ödənilmiş və hal-hazırda cavabdeh ona 1020 manat ödəməlidir. Lakin cavabdeh ona vurulmuş maddi ziyanı ödəməkdən imtina edir. O, bu barədə dəfələrlə müraciət etsə də bu bir nəticə verməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, qəza nəticəsində iddiaçının avtomaşınına dəymiş zərərin 700 manatı sığorta orqanı tərəfindən qarşılanmış, yerdə qalan ziyanın əvəzi olaraq ümumilikdə 200 manat məbləğində pulu hər ay hissə-hissə ödəyə bilər. Eləcə də hesab edirəm ki, iddiaçının avtomaşınına dəymiş ziyan iddia edilən məbləğdə deyil, həmin məbləğ yüksək göstərilmişdir, bununla razılaşmır. Cavabdeh həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünasılaq ekspertizasının rəyi ilə razılaşmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: 20-04185/08/AA-3261/20 saylı sığorta aktından görünür ki, sığortalı Cavabdeh məxsus **-CX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County” markalı avtomaşın xx.xx.2020-ci il tarixdə “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomomaşına zərər yetirmiş, baş vermiş hadisə sığorta hadisəsi olmaqla avtomobilə dəymiş zərər 1760 manat məbləğində müəyyən edilmiş, 740,50 manat sığorta ödənişi olmuşdur. Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, xx.xx.2020-ci ildə saat 19:00 radələrində Cavabdeh idarə etdiyi “Hyundai Country” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır-Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 40-50 km/saat surətlə hərəkətdə olarkən əyləcə basdıqda avtomobilin əyləc sistemi işləməmiş, əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobili arxadan vurmuş və o, maşını yolun sağ tərəfinə çəkmiş, daha sonra isə qarşıda olan İddiaçı idarə etdiyi “Azsamand” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maşını yolun sağ hissəsinə çəkmiş və yenə də “Azsamand” markalı avtomobilə dəymiş, beləliklə Cavabdeh yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti tərəfindən verilmiş hesablama Aktından görünür ki, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər cəmi 1760 manat (ehtiyyat hissələrinin qiymətləri+təmir işi) qiymətləndirilmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, Cavabdeh “Hyundai Country” markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus avtomoşına maddi zərər vurmaqla mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, zərər qarşısıalınmaz qüvvənin təsirindən və ya zərərçəkən şəxsin qəsdi nəticəsində əmələ gəlməmişdir, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etməklə vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən yol-nəqliyyat hadisəsi siğorta hadisəsi kimi qiymətlənidirilmiş, zərərin məbləği 1760 manat müəyyən edilmiş və siğorta aktına əsasən zərərin əvəzi olaraq faydalanan şəxs İddiaçı “xxxx“ ASC tərəfindən 740,50 manat məbləğində sığorta ödənişi edilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 53.4-cü maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Şərh olunan hüquq normalarına istinadən məhkəmə iddiaçının zərərin əvəzinin ödənilməyən hissəsinin zərərvuran şəxsdən (cavabdehdən) tələb edilməsini qanuni hesab edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4261 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxx” ASCnin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Azsamand” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 1510 manat müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 740,50 sığorta ödənişi çıxılmaqla 769,50 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən 08 manat iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 25 (iyirmi beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat tutuluraq X1 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 769,50 (yeddi yüz altmış doqquz manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 25 (iyirmi beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat tutularaq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-505/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-505/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver