Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5067/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin İş Ns 2(060)-1082/2015, 30 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 11 avqust 2013-cü il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 108 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin Cavabdeh könüllü olaraq uşağın əlavə zəruri xərclərindlə iştirak etmədiyindən hər ay 235 (iki yüz otuz beş) manata artınlması, Cavabdeh onun xeyrinə Sumqayıt 1 X4 X2 keçirilməsi üçün mediasiya xərci olaraq tərəfindən ödənilmiş 50 (əlli) manatfn tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 noyabr 2011-ci il tarixdə nikah münasibətlərinə daxil olmaqla ailə qurub. Onların birgə nikah münasibətlərindən bir uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən «nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və maddi yardım tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1082/2015, 30 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilmiş, aralarında olan nikah pozulmuş, 11 avqust 2013-cü il təvəllüdlü oğlu X3 yanında qalması, uşağın 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə 12 yanvar 2015-ci il tarixdən hesablanmaqla hər ay 108 (yüz səkkiz) manat sabit pul məbiəğində aliment tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1082/2015, 30 iyun 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsindən 06 may 2016-cı il tarixli, 223204 saylı nikahın pozulması haqqındə şəhadətnamə alınmışdır. Hazırki iddia təiəbi ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, 11 avqust 2013-cü il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1082/2015, 30 iyun 2015- ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 108 manat aliment uşağın ehtiyaclarını ödəmir. Cavabdeh isə istər Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində, istərsə də Azərbaycan Respublikasında kababçı işləməsinə, kifayət qədər dəyişən məbləğdə qazanc, gəlir əldə etməsinə baxmayaraq könüllü olaraq uşağın əlavə zəruri xərclərində iştirak etmir. Belə ki, uşaq böyümüşdür, təhsil alır, qabiliyyətinin artırılması üçün əlavə hazırlıqlara gedir və tələbatları artmışdır, müəyyən edilmiş aliment məbləği uşağın ehtiyaclarını ödəmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcburdur. Ailə münasıbətlərindən irəli gələn mübahisələriə bağlı məhkəməyə müraciət etməmişdən əwəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələb olunur. Ona görə də cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməsi və müəyyən edilmiş aliment məbləğinin artırıiması barədə təklif və Sumqayıt 1 X4 İlkin Mediasiya Sessivası keçirilməsi üçün ərizə göndərib. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, alimentin artırılmasına etiraz etmədiyini bildirmiş, lakin X1 sonra proses davam etdirilməmişdir. X2 aparılması ilə bağlı tərəfindən 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Bu barədə mənə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Birgə nikahdan olan uşaqları böyümüşdür, qabiliyyətinin inkişaf etdirilməsi üçün hazırlaşır və tələbatları artmışdır. Həmçinin «Azərbaycan Respublikasmda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.Cavabdeh könüllü olaraq öz valideynlik borcunu yerinə yetirmədiyinə görə Sumqayıt 1 X4 X2 keçirilməsi üçün mediasiya xərci olaraq 50 (əlli) manat tərəfindən ödənilmişdir və o, həmin xərcin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2015-ci ildə boşanıblar. Cavabdeh Rusiyaya gedib. Cavabdeh müəyyən edilmiş alimenti ödəmədiyindən 11000 manat aliment borcu yaranmışdı. Sonra cavabdeh həbs olundu, bundan sonra həmin borcdan 6000 manat ödədi, hazırda isə 5000 manat borcu qalıb. Cavabdeh yanvar ayından Azərbaycandadır. Qeyd edir ki, aliment borcu ilə əlaqədar cavabdeh 8 gün inzibati qaydada həbs edilib, həmçinin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Buna baxmayaraq aliment öhdəlikləri onun tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-1082/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, 11 avqust 2013-cü il təvəllüdlü X6 anası İddiaçı yanında qalması və 11 avqust 2013-cü il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 108 manat alimentin tutularaq İddiaçı ödəniməsi qət edilmişdir. İşdə olan AZ-İ 223204 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. İşdə olan X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 1082/2015 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə 2024-cü il üçün yaşayış minimumunu, uşağın artan tələbatlarını, cavabdehin hazırda subay olmaqla başqa övladının olmadığını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-1082/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 108 manatdan 235 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 1524 ((235-108) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 35.24 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, X2 keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-1082/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 11 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat manat sabit pulməbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5067/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5067/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver