Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-510/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 349.19 manat, 49.24 manat 16.12.2012ci il tarixə qədər hesablanmış faiz borcu, 34.92 manat cərimə borcu olmaqla, cəmi 433.35 manat kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMCnin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış «16» Dekabr 2011-ci il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə «16» Dekabr 2012-ci il il tarixə qədər aylıq qalıq borcun 3.5% dərəcəsini tətbiq etməklə 600 manat məbləğində kredit verilmişdir. BOKT “xxxx”xxxx“xxxx’' MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh «21» Avqust 2020-ci il il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 349.19 manat, faiz üzrə 49.24 manat, cərimə üzrə 34.92 manat olmaqla ümumilikdə 433.35 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh göstərmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, o, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC, o cümlədən Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə heç bir kredit müqaviləsi imzalamamış və həmin təşkilatlardan pul götürməmişdir. Ona görə də kredit müqaviləsində olan imzalar ona məxsus deyil. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmışdır ki, atası 2012-ci ildə iddiaçı təşkilatla kredit müqaviləsi imzalamış və kreditə pul götürmüşdür. Həmin vaxt o, atası ilə bağlanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. Ola bilər ki, ona məxsus şəxsiyyət vəsiqəsinin surəti vasitəsilə, iddiaçı tərəf adına saxta kredit müqaviləsi bağlanmışdır. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış «16» Dekabr 2011-ci il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə «16» Dekabr 2012-ci il il tarixə qədər aylıq qalıq borcun 3.5% dərəcəsini tətbiq etməklə 600 manat məbləğində kredit verilmişdir. BOKT “xxxx”xxxx“xxxx’' MMC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, 4/126 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-43-cü vərəqlərində olan 16.12.2011-ci il tarixli, LD 11350/00182 nömrəli kredit müqaviləsinin 1-2-ci vərəqələrində “BORCALAN” qrafalarındakı imzalar və 3-cü vərəqəsində “İmza” və “BORCALAN” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin araşdırılah halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış «16» Dekabr 2011-ci il il tarixli, LD********** saylı kredit müqaviləsi Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğ Cavabdeh iddiaçının xeyrinə tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 20 manat ödənilmiş dövlət rüsumu ödənilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat iddiaçıdan tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə» dair iddiası rədd edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” MMC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000 **********01 hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə» dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********** ********** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-510/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-510/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver