Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5123/2020 01.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1901/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment məbləğinin dəyişdirilərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdeh ilə 2004-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı iki övladları anadan olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan aralarında yaranan mübahisələrdən sonra münasibətləri pisləşmiş və aliment tələbinə dair iddiası ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məkəməsinin 2(060)-1901/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Qətnamə çıxmasına baxmayaraq qət edilən aliment cavabdehin əmək haqqına yönləndirilməmiş və bu səbəbdən də cavabdeh ona ay ərzində 100-150 manat civarında aliment ödəyir. Cavabdeh hal-hazırda Daxili İşlər Nazirliyində çalışır və onun aylıq əmək haqqı buna imkan verir ki, uşaqlarına hər ay maddi yardım göstərsin. Günü-gündən uşaqlar böyüyür, tələbatları artır. Hər ikisi məkəblidir. Təkbaşına onların ehtiyaclarını ödəyə bilmir. Dəfələrlə bu barədə özünə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Əlavə olaraq qeyd etdi ki, yaşamaq üçün mənzili olmadığından kirayədə yaşayır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasnı məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, o, iddiaçı, yəni İddiaçı ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki yetkinlik yaşına çatmayan uşağı var. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan bir-birlərini başa düşmədikləri üçün ayrılmışlar. Ayrıldıqdan sonra İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə onun daimi işinin olmasını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini qərara almışdır. İddiaçı öncə ailəli olmuş və həmin nikahdan da 1998-ci il və 2000-ci il təvəllüdlü iki uşağı var. Eyni zamanda onu da bildirdi ki, yenidən nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan da övladı dünyaya gələcəkdir. Rəsmi iş yerinin və daimi qazancının olmasına baxmayaraq, problemləri olduqca çoxdur. Alimentin əmək haqqına yönəldilməməsinin səbəbdi “xxxx” ASC-yə kredit borcları ilə əlaqədardır. İki ildən çoxdur ki, Bank kredit borclarının ödənilməsi üçün əmək haqqına yönləndirmə etmişdir. Hətta mənzili olmadığı üçün kirayədə yaşayır. Lakin bütün bunlara baxmayaraq o, xx.xx.2005-ci il təvəllüdlü Mirnahid və xx.xx.2009-cu il təvəllüdlü Nazilənin yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, könüllü olaraq hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. X2 xx.xx.2005-ci il tarixdə, X3 isə xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafalarında Cavabdeh, ana qrafalarında isə İddiaçı qeyd olunmu.şdur. (İş materiallarına əlavə olunmuş AZ-T 016512 və 002217 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2020-ci il atraixli, 0xx/xx- 10760-1220 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2001-ci il tarixdən daxili işlər orqanlarında, xx.xx.2020-ci il tarixdən Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir və aylıq əmək haqqı məbləği 847 manat 90 qəpik, gəlir vergisi tutulduqdan sonra isə 795 manat 26 qəpik təşkil edir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1901/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məkəməsinin 2(060)-1901/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında müəyyən edilmişdir. Hazırda hər iki tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh daimi işinin olmasına baxmayaraq, aliment onun əmək haqqına yönləndirilməmişdir. Bu səbəbdən İddiaçı iddia ərizəsində cavabdehdən sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1901/2017 saylı, xx.xx.2017-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin əvvəlki nikahından iki yetkinlik yaşına çatmış övladının olması alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Digər tərəfdən cavabdeh yenidən nikaha daxil olduğunu və bir müddətdən sonra daha bir uşağının olacağını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin dəyişdirilmiş məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1901/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ar ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümümilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5123/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5123/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver