Məhkəmə qərarları › İş №2(060)-5149/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5149/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5149/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə olmaq şərtilə ondan oğurladıqları qızıl-zinət əşyalarının dəyəri olan 6560 manat pulun və ödədiyi 85 (səksən beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehləri 10 ildən artıq bir vaxtdır ki, tanıyır və hər ikisidə onun köməkçisi olaraq yanında işləyirdilər. Bu şəxslər ona məxsus ekspertizanın rəyinə əsasən 6560 (altı min beş yüz altmış) manatlıq qızıl zinət əşyalarını oğurlamışlar və bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun icraatında AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə iş olmuşdur. 26 sentyabr 2022ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən onlara 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur və onada mülki qayda da məhkəməyə müraciət etməyi barəddə məlumat verilmişdir. Onda hüquqlarının bərqərar olunması naminə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan İddiaçı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Cavabdeh1 təqsirləndirilməsinə dair iş üzrə zərərçəkən şəxsdir. Cavabdeh1 tərəfindən ona dəymiş maddi ziyan (3280 manat) tam şəkildə ödənilmişdir. Hal-hazırda Cavabdeh1 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh1 tərəfindən ona dəymiş zərər (3280 mana) tam ödənilmişdir. Cavabdeh1 tərəfindən ona aid hissədə borcun ödənilməsi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış hökmdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 aid hissədə qismən təmin edilməli və iddiaçıya ödənilməmiş qalmış 3280 (üç min iki yüz səksən) manat məbləğində pul Cavabdeh2 tutulmalıdır. Belə ki, Cavabdeh2 varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh2 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 3280 (üç min iki yüz səksən) manat və dövlət rüsumu üçün ödənilmiş 85 (səksən beş) manat olmaqla, ümumilikdə 3365 (üç min üç yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar