Məhkəmə qərarları › İş №2(060)-516/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-516/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-516/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və ilkin və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdehlər AGBank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinin ləğv olunması tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8924 (səkkiz min doqquz yüz iyirmi dörd) ABŞ dolları 19 (on doqquz) sent əsas, 1888 (bir min səkkiz yüz səksən səkkiz) ABŞ dolları 44 (qırx dörd) sent faiz, 36 (otuz altı) ABŞ dolları 30 (otuz) sent cərimə borcu olmaqla, cəmi 10848 (on min səkkiz yüz qırx səkkiz) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 24.04.2015-ci il tarixli, 125.LN-2102.240415.00002 saylı kredit müqaviləsi üzrə 27.08.2020-ci il tarixinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 1164 (bir min yüz altmış dörd) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 12338 (on iki min üç yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul vəsaitin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər AGBank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24.04.2015-ci il tarixdə bağlanmış 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinin təminatı kimi həmin tarixdə bağlanmış 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2015-ci il tarixli, 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 24% (iyirmi dörd faiz) ödənilmək şərtilə 14.000 (on dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 25.02.2016-cı il tarixli 3 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış 24.04.2015-ci il tarixli, 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin (ayrılmış kredit xəttinin) ümumi məbləği 10803.30 (on min səkkiz yüz üç dollar, 30 sent) ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1 -ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 1164 (bir min yüz altmış dörd) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 12338 (on iki min üç yüz otuz səkkiz) ABŞ dolları məbləğində borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 24.04.2015-ci il tarixli, 125.LN- 2102.240415.00002 saylı kredit müqaviləsi üzrə 27.08.2020-ci il tarixinə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 1164 (bir min yüz altmış dörd) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 12338 (on iki min üç yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul vəsaitin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin və qarşılıqlı iddia tələbləri üzrə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, həqiqətən 24 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faiz olmaqla 24 ay müddətinə 14000 (on dörd min) ABŞ dolları məbləğində kredit almışdır. O, həmin krediti götürən zaman heç kim ona zamin dayanmamışdır. Belə ki, o, hazırda cavabdeh kimi göstərilən Cavabdeh2 tanımır və Faiq ona zamin dayanmamışdır. Əlavə olaraq, o, 2016-cı il tarixdən işləmir maddi durumu çox aşağıdır. Bundan başqa hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia tələbi üzrə iddia müddəti tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmədə iştirak edən zaman ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərmişdir ki, tərəflər arasında 24.04.2015-ci il tarixli, 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsi və 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin o, heç vaxt zaminlik müqaviləsinə imza atmamış və Cavabdeh1 kredit alarkən ona zamin durmamışdır. Zaminlik müqaviləsində olan imza ona məxsus deyildir. Göstərilənləri nəzərə alaraq, AGBank” ASC ilə Cavabdeh1 arasında 24.04.2015-ci il tarixdə bağlanmış 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinin təminatı kimi həmin tarixdə bağlanmış 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, ilkin və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 və İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında 24 aprel 2015-ci il tarixli 125.LN.2102.240415.00002 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Uğur” filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 24 faiz olmaqla 24 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borc alan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 №li Əlavədə göstərilən cədvəl üzrə 3 (üç) ay müddətində ödəməzsə, bank kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarında olan 24.04.2015-ci il tarixli, 125.CL.240415.00002/b №-li “Zaminlik müqaviləsi”ndən görünür ki, 24 aprel 2015-ci il tarixli 125.LN.2102.240415.00002 №li kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə həmin tarixdə 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1 -ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. İş materiallarında olan 24 aprel 2015-ci il tarixli 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinə əlavə-borcalan Cavabdeh1 ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin 24.05.2015-ci il tarixdən 24.04.2017-ci il tarixədək faiz ödənişi cəmi 3764,66 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 14000 ABŞ dolları, cəmi məbləğ 17764,66 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 27.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 1164 (bir min yüz altmış dörd) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 12338 (on iki min üç yüz otuz səkkiz) ABŞ dolları təşkil edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1057\2018 saylı, 03.04.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.04.2015-ci il tarixli, 125.LN.2102.240415.00002 saylı Kredit Müqaviləsi üzrə 26.12.2017-ci il tarixinə 8924,19 ABŞ dolları əsas, 1888,44 ABŞ dolları faiz borcu və 36.30 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 10848,93 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə heablanaraq) məbləğində pul vəsaiti və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi tutulub, "xxxx" ASCnə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)-402\2019 saylı qərardadının surətindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması və iddiaçı "xxxx" ASC-yə izah edilsin ki, yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.01.2021-ci il tarixli, 4/1155 №-li ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 adından bağlanmış olan 125.CL.240415.00002/b saylı, 24 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ tərəfindəki və 2-ci vərəqində “Zamin” hissəsində “Cavabdeh2” qrafasındakı imzaların-Cavabdeh2 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.06.2021-ci il tarixli, 4/680 №-li ekspert rəyindən görünür ki, 24 aprel 2015-ci il tarixli 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imzanın və 2-ci vərəqində “zamin” qrafasında “Cavabdeh2” yazılarının yuxarısındakı imzanın-Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat hissəsinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.10.2021-ci il tarixli, 9/5932 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, 24 aprel 2015-ci il tarixli, 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinin və “Əlavə Saziş”in şərtləri nəzərə alınmaqla Cavabdeh1 24 aprel 2017-ci il və 27 avqust 2020-ci il tarixlərə İddiaçı ASC-nə olan borcu: 24.04.2017-ci il tarixə əsas kredit borcu-10058,17 ABŞ dolları, faiz borcu-77,23 ABŞ dolları, 27.08.2020-ci il tarixə illik faiz dərəcəsi 5%-lə hesablanmaqla: əsas kredit borcu 9863,58 ABŞ dolları, faiz borcu 1522,01 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.12.2017-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, S.Vurğun küçəsi, ev 16-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.12.2017-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 30, ev 10/11, mənzil 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Zaminlik müqaviləsi”ndə olan imzaların Cavabdeh2 aid olması ekspertiza rəylərində öz əksini tapmamış, əlavə olaraq Cavabdeh1 məhkəmədə verdiyi ifadədə elə bir şəxsi tanımadığını və onunla iddiaçı arasında bağlanmış müqaviləyə zamin durmasının şahidi olmadığını qeyd etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 kreditor qarşısında zaminliklə bağlı öhdəlik götürməmişdir. Bu səbəbdən ilkin iddia tələbi zaminə qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh1 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 11224 (on bir min iki yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaitin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməli, qarşılıqlı iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında 24.04.2015-ci il tarixdə bağlanmış 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinin təminatı kimi həmin tarixdə bağlanmış 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 470,472, 739-cu və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 8925 (səkkiz min doqquz yüz iyirmi beş) ABŞ dolları əsas, 760 (yeddi yüz altmış) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları gecikdirmə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1489 (bir min dörd yüz səksən doqquz) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 11224 (on bir min iki yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaitin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında 24.04.2015-ci il tarixdə bağlanmış 125.LN.2102.240415.00002 saylı kredit müqaviləsinin təminatı kimi həmin tarixdə bağlanmış 125.CL.240415.00002/b saylı zaminlik müqaviləsi ləğv olunsun. Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar