Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5162/2024 23.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oglu aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli İcarə müqaviləsinin ləğv olunması, ödədiyi pullar nəzərə alınmaqla qalan borcun yenidən hesablanması və “Toyota RAV-4” minik markalı ** EK *** dövlət nömrə nişanlı avtomaşının DYP-nin cərimə meydançasından buraxılıb istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(060)-5162/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və işin hazırlıq iclasının baxılması 14 avqust 2024-cü il tarixə saat 11-50-ə təyin edilmişdir. Cavabdehlər məhkəməyə gəlmədikləri üçün məhkəmə hazırlıq iclası 25 sentyabr 2024-cü il, 09 oktyabr 2024-cü il və 23 oktyabr 2024-cü il tarixlərə təxirə salınmışdır. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddianı müdafiə edib və məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi S.E.Qasımov bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi konkret olmadığı üçün ərizəni baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırıldığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı cavabdehlərə qarşı iddia tələbi irəli sürən zaman hər bir cavabdehlərdən nə tələb olunması, hər birindən nə qədər pulun tələb edilməsi, məhkəməyə müqavilələrin əslini təqdim edilməsi üçün məhkəmə tərəfindən təkliflər edilsədə iddiaçı bunu etməmiş və hər bir cavabdehə qarşı konkret tələblər irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi izah edilməlidir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 263-264-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5162/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5162/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver