Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5164/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4700 (dörd min yeddi yüz) manat məbləğində pulun, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2019-cu il tarixində özünə həyətyanı torpaq sahəsi almaq üçün Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən ev alqı-satqısı ilə məşğul olan Cavabdeh1 ofisinə getmişdir. Cavabdeh1la söhbət etmiş və ondan soruşmuşdur ki, Yaşıldərə massivində 6000 (altı min) manat məbləğində 3.6 sot torpağın satıldığı barədə elan vermişdir. Ofisə getməkdə məqsədi, həmin torpaq sahəsinin harada yerləşməsi ilə bağlı məlumat alması olmuşdur. Cavabdeh1 ona həm torpaq sahəsinin harada yerləşməsi barədə məlumat vermiş, həm də sözügedən torpaq sahəsində əlavə olaraq iki maşın mişar daşının olduğunu da qeyd etmişdir. Əgər fikirləri olarsa, torpağın sahibinə zəng vurub ətraflı söhbət edərlər. O, Vüqarla razılaşmış və gedib torpağa baxmışlar. Torpağa baxdıqdan sonra xoşuna gəlmiş və Vüqara sahibinin çağırılmasını istəmişdir. Ondan sonra hər ikisi ofisə qayıtmış və Vüqar torpağın sahibi olan Cavabdeh2 zəng edərək, torpağa müştəri olduğu üçün ofisə gəlməsini bildirmişdir. Elə Muradla da ofisdə tanış olmuş və torpağı neçəyə satdığını soruşmuşdur. Murad da Cavabdeh1 dediyi kimi 3.6 sot torpaq sahəsini 6000 (altı min) manat satdığını qeyd etmişdir. Onlar danışıb razılaşmış və 6000 (altı min) manat məbləğində pulu sayaraq Cavabdeh2 vermişdir. Həmin vaxt, yəni xx.xx.2019-cu il tarixdə aralarında müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh1 şahid qismində çıxış etmişdir. Müqavilə bağlandıqdan sonra evə getmiş və atası Nümayəndə bu barədə məlumat vermişdir. Atası da həmin torpaq sahəsinə aid olan sənədlərin harada olduğunu soruşanda, o da sənədlərin olmadığını, lakin Vüqarla Murad ona tez bir zamanda Bələdiyyədən sənədlərin çıxarışını verəcəklərini bildirmişlər. Atası onun aldadıldığını bilmiş və buna görə də Murada zəng edərək pulun qaytarılmasını tələb etmişdir. Uzun cəhdlərdən sonra Cavabdeh2 ilə X15 ümumilikdə borclarından 1600 manat qaytarmışlar. Qalan məbləğin isə xx.xx.2019-cu il tarixində qaytaracağı ilə bağlı Cavabdeh2 iltizam imzalamışdır. İltizamı xx.xx.2019-cu il tarixində imzalamasına baxmayaraq, ona olan borcunu bu günədək qaytarmamışdır. Ona görə də məcbur olub Sumqayıt şəhər Prokurorluğuna şikayət etmiş və prokurorluq cinayət işinin başlanması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərmişdir. Cinayət işinin başlanması üçün material 3-cü polis bölməsinin tədqiqatçısı polis mayoru Əsgər Kazımova həvalə olunmuş və tədqiqatçı onların və makler Cavabdeh1 izahatını almışdır. Cavabdeh2 isə çağırışa gəlməmiş və qaçıb gizlənmişdir. Nəticədə 3-cü polis bölməsinin tədqiqatçısı polis mayoru Əsgər Kazımov xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 6000 manatdan puldan əlavə, 300 manat da Cavabdeh1 torpağı tapdığına görə, yəni makler kimi ödəniş etmişdir. Ümumilikdə 6300 manat pul vermişdir. Bundan əlavə iddia ərizəsində 4700 manat pul tutulmasını xahiş etsə də, sonradan cavabdeh tərəfindən ona 1000 manat da ödəniş edilmiş, nəticədə cavabdehlərin ona 3700 manat borcu qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və X15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx xxxxx 2020-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 1152 saylı arayışa əsasən, Əsədov X10 şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 150 nömrəli evdə qeydiyyatdadır. İşdə olan X7 ilə Cavabdeh2 arasında sadə yazılı qaydada bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus olan 320 kv.m torpaq sahəsini 6000 manata V.Şıxverdiyevə satmağa razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 X1 olaraq satdığı 3,6 sot torpağın pulunu, yəni 4700 manat məbləğində pulu xx.xx.2019-cu il tarixədək qaytaracağına söz vermiş, qaytarmadığı təqdirdə barəsində cinayət işi qaldırılmasına razıdır. İşdə olan xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 3 sot torpaq sahəsini Cavabdeh1 vasitəsilə X6 6300 manata sənədsiz olaraq satmışdır. Aldığı pulları borclarına vermişdir. Hazırki iltizamı Vüqarla birlikdə həmin pulu ayın 25-nə kimi düzəldib qaytaracaqlarına dair verirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı) Qanunvericiliyin tələblərindən irəli gələrək, məhkəmə hesab edir ki, polis orqanında verilən izahatlar sübut kimi qəbul edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış X5 müraciəti əsasında toplanmış materialdan görünür ki, Sadıqov X11 şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində verdiyi izahatında bildirmişdir ki, o, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən əmlak alqı-satqısı bürosunda işləyir. Cavabdeh2 bir neçə ildir ki, tanıyır. Belə ki, o dəmir darvaza ustasıdır. Təxminən 2019-cu ilin oktyabr ayında Murad ona müraciət edərək, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 3,06 sot ərazidə hasara alınmış və içərisində iki maşın mişar daş olan torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Murad ona müştəri tapmağı xahiş etdikdə, onun verdiyi elanı qeydiyyatdan keçirmiş, lakin həmin torpağa aid sənədlərin olub-olmaması barədə onda dəqiq məlumat olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi ofisə Vüsal Şıxbabayev adlı şəxs bir neçə ailə üzvləri ilə birlikdə gəlib ev tikmək üçün təxminən iki sot torpaq sahəsi axtardığını bildirmişlər. O, da Sumqayıt şəhəri, 76-cı məhəllədə 3,06 sot torpaq sahəsinin olduğunu, yerin içərisində iki maşın mişar daşı da olmaqla Murad adlı şəxsin həmin ərazini cəmi 6000 manata satdığını qeyd etmişdir. Təklif olunan yerin qiyməti çox sərfəli göründüyündən Vüsal ona həmin əraziyə baxmaq istədiklərini bildirmişdir. Bundan sonra birlikdə 76-cı məhəlləyə getmiş və həmin ərazini göstərdikdə onlar torpağın sahibi ilə görüşmək istədiklərini bildirmişlər. O, da Murada zəng vuraraq torpağa müştəri olduğundan, ora dəvət etmişdir. Az sonra Murad ora gəlmiş və Vüsalgil ona torpağı almaq istədiklərini və torpağa mülkiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Murad torpağa dair bələdiyyənin onun adına vermiş olduğu sərəncamın olduğunu, pulu ona verdikləri günün sabahısı mülkiyyətə dair çıxarışı əldə edib rəsmi qaydada onlarla alqı-satqı edəcəyini bildimişdir. Həmin vaxt Murada müraciət edərək “Sən dəqiq olaraq bir günə torpağa mülkiyyət təsdiq edən sənədi əldə edə biləcəksənmi?” deyə soruşanda Murad ona da tam əminliklə bir günə bütün sənədləri həll edəcəyini qeyd etmişdir. Onlar Murada inanmış və elə həmin gün 36-cı məhəllədə yerləşən ona məxsus ofisdə 6000 manat pulu Vüsalgil Murada vermiş və notarial müqavilə bağlananadək onunla öz aralarında komputerdə yazılmış müqavilə bağlamışlar. Murad da 6000 manat pulu sayıb onlardan götürmüşdür. Pulu sayarkən Vüsalgil onun fotoşəkillərini çəkmişlər. Həmçinin Vüsal 300 manat da makler haqqı kimi ona vermişdir. Murad da öz növbəsində əldə etmiş olduğu puldan 300 manat ona təqdim etmişdir. Lakin həmin günün səhərisi Vüsalgil ilə birlikdə onun atası Mətləb də daxil olmaqla bütün ailə üzvləri ofisinə gəlib Murad tərəfindən aldadıldıqlarını bildirərək, Muradın oraya çağırılmasını tələb etmişlər. O, zəng vurub Muradı ofisə dəvət etsə də, həmin gün gəlməmişdir. Həmin günün sabahısı onlar yenə ofisinə gəlmişlər. O, bir daha Murada zəng vurub birtəhər onu ofisə çağırmışdır. Ofisdə Mətləb pulu Muraddan pulu tələb edəndə, Murad pulu borclarına xərclədiyini, hal-hazırda pulunun olmadığını bildirdi. Həmin vaxt o, həmin alqı-satqıdan əldə etmiş olduğu 600 manatı Mətləbə verərək, bir makler kimi öz payına düşən puldan imtina etdiyini bildirmişdir. Bundan sonra Mətləb Muradın yaxasından yapışıb verilən pulu tələb edəndə, Murad da cibindən 1000 manat çıxarıb ona verərək qalan pulun qaytarılması üçün xx xxxxxx 2019cu il tarixədək vaxt istəmişdir. Mətləbgil çarəsiz qalıb razılaşmış və orada Murad onların iştirakı ilə iltizam yazaraq qalan 4700 manat pulu xx xxxxxx 2019-cu il tarixədək qaytaracağına söz vermişdir. Lakin həmin vaxtdan təxminən 15 gün sonra Murad ofisində Mətləblə görüşərək ona əlavə olaraq 1000 manat da pul vermişdir. Bundan sonra isə görüşməkdən imtina edərək, hal-hazıradək onlara borclu qalmış olduğu 3700 manat pulu qaytarmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 özünə məxsus torpaq sahəsinin satılması adı ilə X3ndan 6000 manat məbləğində pul almış, torpağın alqısatqısı baş tutmadığından sonradan həmin pulu qaytaracağına söz vermiş, həmin puldan 2300 manat qaytarsa da, qalan məbləği aralarında razılaşdıqları müddətdə qaytarmalı olsa da qaytarmamış, nəticədə V.Şıxbabayevə 3700 manat məbləğində maddi ziyan dəymişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən 4700 manat pul tutulmasını xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında qarşı tərəfin ona cəmi 3700 manat borcu qaldığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən tutulmasını tələb etdiyi pul yalnız Cavabdeh2 tutulmalı, digər Cavabdeh1 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı mübahisəli pul məbləğini Cavabdeh1 iştirakı ilə Cavabdeh2 vermişdir. İddiaçı özü də həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan pulu Cavabdeh2 verdiyini bildirmişdir. Digər tərəfdən V.Şıxbabayev tərəfindən Cavabdeh1 verilən 300 manat məbləğində pulun Cavabdeh1 tərəfindən V.Şıxbabayevə qaytarılmasını onların hər ikisi izahatlarında etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 3700 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 20 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3700 (üç min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul alınaraq X3na verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5164/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5164/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver