Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-518/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 41.940,38 manat əsas, 2.204,51 manat faiz borcu, cəmi 44.144,89 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, həmin fərdi yaşayış evinin 0,02 ha torpaq sahəsi ilə birlikdə boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldən olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.06.2014-cü il tarixli, 502İK/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 264 ay müddətinə, illik 4% hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “İddiaçı" ASC ilə Cavabdeh1 arasında 27.06.2014-cü il tarixli, 502İK/14 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 2 ünvanında 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.08.2020- ci il tarixinə 41940.38 manat əsas, 2204.51 manat faiz borcu, cəmi 44144.89 manat kredit borcu mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesablanmış kredit borcunun tələb edilməsi, Cavabdeh1 məxsus məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlər 21.05.2020-ci il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Bundan sonra, 17 may 2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 41.940,38 manat əsas, 3.472,04 manat faiz borcu, cəmi 45.412,42 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 0,65 manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat xidmət haqqının və 0,71 manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, həmin fərdi yaşayış evinin 0,02 ha torpaq sahəsi ilə birlikdə boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldən olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.06.2014-cü il tarixli, 502İK/14 saylı kredit müqaviləsinə əsasən kreditverən birgə kreditalanlara 264 ay müddətinə, illik 4 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verməyi, kreditalanlar öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdürlər. Maliyyə arayışından görünür ki, cavabdehlərin 07 may 2021-ci il tarixə banka olan borcu 41.940,38 manat əsas, 3.472,04 manat faiz borcu olmaqla cəmi borc 45.412,42 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 500, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclular onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında müştərək qaydada cavabdehdir və mülki məsuliyyət daşıyırlar. Birgə borclular Cavabdeh1, Cavabdeh2, satıcı X1 və kreditor-ipoteka saxlayan İddiaçı ASC arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli, 502 İK/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyun 2014-cü il tarixli nömrəli arayışa əsasən ünvan 3 ünvanında 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini 0.02 ha torpaq sahəsi ilə birlikdə alıcı-İpoteka qoyanın mülkhyətinə verir. İpoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi ilə birlikdə 27.06.2014-cü il tarixli, 502İK/14 saylı kredit müqaviləsinin təminatı kimi çıxış edir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat bağ massivi, 2542 ünvanında 0.02 ha torpaq sahəsi və üzərindəki bağ evinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 13 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində, 20.08.2014-cü il tarixində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 may 2020-ci il tarixli məktubundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş hesabat rəyindən görünür ki, X3 məxsus olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin satış dəyəri 70.000 manat, likvid dəyəri 56.000 manat təşkil edir. Tədqiqatının dəyəri 300 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30,40 manat, ipoteka predmetinə tutma yönəldilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 41.940,38 manat əsas, 3.472,04 manat faiz borcu, cəmi 45.412,42 manat kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 40,40 manat dövlət rüsumu tutulmalı, tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 56.000 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin ipoteka predmeti olan mənzilə istifadə hüquqların xitam verilməsi tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 41.940,38 manat əsas, 3.472,04 manat faiz borcu, cəmi 45.412,42 (qırx beş min dörd yüz on iki manat qırx iki qəpik) manat kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 40,40 manat dövlət rüsumu tutulsun. Tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 56.000 manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 0,02 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra həmin əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-518/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-518/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver