Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5181/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2019-cu il 05 fevral tarixli kredit müqaviləsi üzrə banka 45.659,90 manat əsas, 646,75 manat faiz, 26,71 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 46.333,36 manat borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 4 otaqlı, 89.2 kv.m ümumi, 63.3 kv.m yaşayış sahədən ibarət 2 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 4 otaqlı, 89.2 kv.m ümumi, 63.3 kv.m yaşayış sahədən ibarət 2 saylı evin 19 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASCnə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 4 otaqlı, 89.2 kv.m ümumi, 63.3 kv.m yaşayış sahədən ibarət 2 saylı evin 19 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 4 otaqlı, 89.2 kv.m ümumi, 63.3 kv.m yaşayış sahədən ibarət 2 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 ünvan 1 ünvanda yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 05 fevral 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 26.07.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin Məhkəmə Orqanları ilə İş şöbəsinin kiçik hüquqşünası Rafiq Abdullayev ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-5181/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5181/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver