Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5186/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 qarşı “borcun qaytarılması tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ödəniş gününə olan manat məzənnəsi ilə 120000 (yüz iyirmi min) ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdə 6 saylı Notariat kontorunda cavabdehlə arasında 3M-240 reyestr nömrəli kredit müqaviləsini etibarsız hesab edilməsi və qarşılıqlı iddia tələbinin qaldırılması üçün tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılqılı iddia üzrə iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh1 ilə onun arasında kredit müqaviləsi bağlanaraq reyestrdə 3M-240 nömrə ilə qeydə alınmışdır. Aralarında bağlanmış 25 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 oğlu ondan 120000 (yüz iyirmi min) ABŞ dolları borc almış və 25 dekabr 2023-cü il tarixədək borcu ona tam qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə borcunu 25 dekabr 2023-cü il tarixədək qaytarmalı olduğu halda, bu günədək borcundan heç bir məbləğ qaytarmamış və qaytarmaqdan da faktiki yayınaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehə borcu qaytarması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq xəbərdarlıqlara məhəl qoymamış və borcu bu günədək qaytarmamaqla onunla əlaqəsini birdəfəlik kəsmişdir. Göründüyü kimi cavabdehin borcu qaytarmaqdan qəsdən açıq-aşkar yayınaraq müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsi, borcun cavabdehdən məhkəmə qaydasında alınması əsaslarını yaratmışdır. İddiaçı-cavabdeh İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı-cavabdehin nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək bildirdi ki, tərəflər birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 25 dekabr 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və 120000 ABŞ dolları cavabdehə borc verilmişdir. İddiaçı dəfələrlə borcun qaytarılması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun borcunu qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 6 saylı Notariat kontorunda cavabdehlə arasında 3M-240 reyestr nömrəli kredit müqaviləsi bağlanlmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 120000 ABŞ dolları borc almış və 2023-cü ilin 25 dekabrınadək geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etmək istəyir ki, iddiaçı bildirir ki, həmin pulu dəfələrlə geri qaytarması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq geri qaytarmışdır. Amma xəbərdarlıq etməmişdir. Çünki həmin müqavilə bağlanarkən formal xarakter daşımışdır. Bu müqavilədən əvvəldə İddiaçının Cavabdeh1 arasında borc müqaviləsi olmuş və həmin borc müqaviləsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia verilmişdir və bu hal da bir daha sübut edir ki, borc və kredit müqaviləsi bağlanarkən həmin banklara qeyd olunan pul daxil edilməmişdir. Hesab edir ki, ilkin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməli, cavabdeh-iddiaçının qarşılıqlı iddiası isə təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-240/2022 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1, digər cavabdehlər X8 və X2 ilə Bakı şəhərində taxta-şalban ticarəti ilə məşğul olurdular. Cavabdeh1 digər cavabdehlər Sayibxan Səmədov və Rövşən Əliyev ilə birlikdə "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmüddətli kredit müqaviləsinin bağlanması üçün danışıqlar aparırdılar ki, mümkün qədər böyük miqdarda kredit götürüb taxta-şalban satışı üzrə fəaliyyətlərini genişləndirsinlər. Bu məqsədlə cavabdehlər Cavabdeh1 təsisçisi, Sayibxan Səmədovun isə direktoru olduğu "xxxx" firmasının adından "xxxx" QSC-nin Lökbatan filialına biznes planı təqdim etmişdilər. Bundan əlavə Cavabdeh1 müqavilə əsasında ona məxsus Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən yeni tikilidəki mənzilinin müqaviləsini kreditin təminatı kimi "xxxx" QSCnin Lökbatan filialına təqdim etmişdi. Lakin Cavabdeh1 tərəfindən "xxxx" QSC-nin Lökbatan filialına kreditin təminatı olaraq təqdim olunmuş mənzilin dövlət qeydiyyatından keçməməsi və dəyərinin veriləcək kredit məbləğinə uyğun olmaması səbəbindən Cavabdeh1 özlərinin də zamin qismində iştirak etmələri şərti ilə ondan "xxxx" QSC-nin Lökbatan filialı ilə uzunmuddətli kredit müqaviləsi bağlamaq üçün ünvan 1 ünvanda yerləşən 790.000 manat dəyərində 3 mərtəbəli fərdi yaşayış evini kreditin təminatı olaraq "xxxx" QSC-nin Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edib 280.000 ABŞ dolları miqdarında kredit götürərək onlara verməyini təklif etmişdir. O, da cavabdehlərdən əsasən Cavabdeh1 inanıb, onların və "xxxx" MMC-nin zaminliyi ilə 22 oktyabr 2014-cü ildə "xxxx" QSC-nin Lökbatan filialı ilə 120 ay müddətinə, yəni 22 oktyabr 2024-cü il tarixədək uzunmüddətli kredit müqaviləsi bağlamışdır. "xxxx" QSC-nin Lökbatan filialı ilə arasında ilk kredit razılaşması 27 oktyabr 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və bu razılaşma üzrə aylıq 1.4167 faiz dərəcəsi ilə 280.000 ABŞ dolları kredit ayrılmışdır. Kreditin məhz taxta-şalban ticarəti məqsədləri üçün ayrılması cavabdehlər tərəfindən bankla yazılı şəkildə razılaşdırılmışdır. Odur ki, həmin tarixdə o, yalnız bankdan kreditin alınmasına imza etmiş və bankın binasında Cavabdeh1 cavabdehlərlə birlikdə 280.000 ABŞ dolları məbləğində krediti götürüb getmişlər. Kredit məbləğinin cavabdehlərə birbaşa bankda verilməsi yəqinki bankın təhlükəsizlik kameralarına düşmüşdür. Cavabdehlər taxta-şalbanı dəyərini qabaqcadan nəğd şəkildə ödəmək şərti ilə Saatlı rayon Kamallı kənd sakini X7 və Rusiya Federasiyasından Azərbaycan Respublikasına taxta-şalban göndərən digər şəxslərdən alıb-satırdılar. X14 isə taxta-şalbanı Rusiya Federasiyası Sverdlovsk vilayətinin Serov şəhərində tədarük edərək dəmir yolu vasitəsilə Bakı şəhərinin Keşlə dəmir yol stansiyasına gətirirdi. Cavabdehlər taxta-şalban satışından əldə etdikləri gəlirdən aylıq kredit ödənişlərini edirdilər. 2015-ci il sentyabr ayının əvəllərində Cavabdeh1 10 vaqon taxtanın ümumi dəyəri olan 200.000 ABŞ dollarını, yəni hər vaqon taxta üçün 20.000 ABŞ dolları hesabı ilə nəğd şəkildə X12 vermişdi ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətindən cavabdehlərin ünvanına 10 vaqon taxta göndərsin. Lakin razılaşdırılmış müddətin keçməsinə baxmayaraq, Ədilov Qədim cavabdehlərə bir vaqon da olsun taxta göndərməmişdir. Bu üzdən Qədim Ədilovla aralarında ciddi narazılıq yaranmış və yalnız bundan sonra o, bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik nazirliyinin yüksək vəzifəli şəxsi Akif Çovdarovun qohumu Natiq Hümbətovla aralarında olan pul mübahisəsi ilə bağlı Akif Çovdarov və onun tabeliyində olan Səlim Məmmədov qanunsuz olaraq dəfələrlə onu öz əməkdaşları vasitəsilə məcburi qaydada Milli Təhlükəsizlik nazirliyinin inzibati binasına apararaq döymüş, ondan 600.000 ABŞ dolları tələb edərək, bu məbləği vermədiyi halda onu həbs edəcəkləri ilə hədələmişlər. O da onların bu özbaşınalıqlarına dözməyib və onu tutacaqlarını real qəbul edərək, taxta-şalban üçün cavabdehlərdən aldığı 200.000 ABŞ dollarını və əlavə olaraq 100.000 ABŞ dolları da tapıb Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova vermişdir. Akif Çovdarovdan pulun alınması üçün Q.Ədilov onların tələbi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş prokuroru Zakir Qaralova və digər dövlət qurumlarına mütəmadi olaraq şikayətlər etmiş, onun etdiyi şikayətlər əsasında, eləcə də, çoxsaylı digər şəxslərin də bu qəbildən olan şikayətləri ilə bağlı Akif Çovdarov, Səlim Məmmədov və keçmiş MTN-nin bəzi əməkdaşları barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində rüşvət alma, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və sair cinayət əməlləri üzrə cinayət işi başlanmış və onlar ittiham olunaraq məhkəməyə verilmişlər. Məhkəməyədək icraat zamanı cavabdehlər Qədim Ədilov, Cavabdeh1 və Sayibxan Səmədov iş üzrə zərər çəkmiş şəxs qismində tanındıqlarından işin məhkəmə baxışında zərər çəkmiş şəxs qismində iştirak edərək ifadə vermişlər. O və cavabdehlərdən Cavabdeh1 və Sayibxan Səmədov istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqında verdikləri ifadələrdə Access Bank QSC-nin Lökbatan filialından 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən götürdükləri 280.000 ABŞ dollarından 200.000 ABŞ dollarını Qədim Ədilova əvvəlcədən borc şəkilində Rusiya Federasiyasından taxta göndərməsi üçün verildiyini göstərmişlər. Qədim Ədilov isə ifadələrində həqiqətən də 280.000 ABŞ dolları kreditdən 200.000 ABŞ dollarının ona Rusiya Federasiyasından cavabdehlərə taxta göndərilməsi üçün verildiyini etiraf etmiş və 100.000 ABŞ dolları da başqa şəxsdən borc alıb, həmin 200.000 ABŞ dolları ilə birlikdə Səlim Məmmədovun vasitəsilə Akif Çovdarova verdiyini göstərmişdir. Lakin ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarovun, Səlim Məmmədovun və qeyrilərinin məhkum olunmalarına dair Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə qeyd edilmişdir ki, X9 ləğv edilmiş MTNnin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova hər-hansı məbləğdə pul verməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Bu əsasla Qədim Ədilovun iş üzrə zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun Akif Çovdarova və qeyrilərinə qarşı qaldırdığı mülki iddia rədd edilmişdir. Qədim Ədilovun həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü X12 və adları sadalanan digər şəxslərə münasibətdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə cavabdeh X9 ləğv edilmiş MTN-nin əməkdaşları Akif Çovdarova və Səlim Məmmədova kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları verməsi müəyyən edildiyindən, hesab edilir ki, kredit müqaviləsi üzrə ona məxsus 200.000 ABŞ dolları onun qanunsuz mülkiyyətindədir. Lakin cavabdeh Qədim Ədilovun deməsinə görə A.Çovdarovun və qeyrilərinin işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra o, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyevin adına Rusiya Federasiyasından 200.000 ABŞ dolları məbləğində taxtaşalban göndərmişdir. Cavabdehlər Cavabdeh1, Sayibxan Səmədovun və Rövşən Əliyev cavabdeh Qədim Ədilovun göstərdiklərini nə təkzib, nə də inkar etməmişlər. Göründüyü kimi cavabdehlər İntizam Agakişiyev, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz mülkiyyətində saxlanılan, kredit müqaviləsi üzrə ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 280.000 ABŞ dolları x 1.7 AZN = 476.000 AZN müştərək qaydada onun xeyrinə tutulmalıdır. Bunlarla yanaşı, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, 27 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən Access Bank QSC-nin Lökbatan filialından 36 ay müddətinə götürdüyü 280.000 ABŞ dolları kreditin cavabdehlər tərəfindən ələ keçirilməsi nəticəsində əsas və faiz borclarının, habelə hesablanmış cərimələri ödəyə bilmədiyindən "xxxx" QSC ona və cavabdehlərə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü ü tarixli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcunun, 79.585,81 ABŞ dolları faiz borcunun və 4.700 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 279.456,11 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22, yeni qaydalarla ünvan 2 ünvana yönəldilməsi, evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilmiş vəsait hesabına "xxxx" QSC-yə olan borcun ödənilməsi, evin ilkin satış qiymətinin 790.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, faiz və cərimə borcu hissəsində Bakı Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi qismən dəyişdirilərək, faiz borcunun məbləği 40.056,39 ABŞ dolları, cərimə borcu isə 19.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehlərin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona məxsus 280.000 ABŞ dolları məbləğində krediti ələ keçirmələri səbəbindən "xxxx" QSC-yə kredit borcu, hesablanmış faiz və cərimə borclarının ödənilməməsi nəticəsində tutma ipoteka ilə yüklü edilmiş ona məxsus 790.000 (yeddi yüz doxsan min) manat dəyərində fərdi yaşayış evinə yönəldilərək, ev xx.xx.2020-ci il tarixdə açıq hərracdan tələbkara satılmış və tələbkar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********09- 10301 reyestr nömrəli Çıxarışla həmin fərdi yaşayış evi üzərində öz mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Mülkiyyət hüququ ilə ona məxsus 790.000 manat dəyərində fərdi yaşayış evinin açıq hərracdan satılması nəticəsində ona cavabdehlər tərəfindən 314.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Sayibxan Səmədov, Rövşən Əliyev və Qədim Ədilovdan onların qanunsuz olaraq ələ keçirdikləri ona məxsus 280.000 ABŞ dolları, AZN ekvivalentində 476.000 manat, habelə vurduqları 314.000 manat maddi ziyan, ümumilikdə 790.000 (yeddi yüz doxsan min) manat müştərək qaydada tutularaq xeyrinə ödənilməlidir. Bundan əlavə, Cavabdeh1 X1 və X3 şahidliyi ilə xx.xx.2014-cü il tarixdə bir il müddətinə yazılı qaydada borc müqaviləsi bağlayaraq ondan 100.000 (yüz min) manat borc almış, həmin tarixdə onunla notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi bağlayaraq yenə 100.000 (yüz min) manat borc almış və xx.xx.2020-ci ildə onunla notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi bağlayaraq bu dəfə 120.000 (yüz iyirmi min) ABŞ dolları bərabər olan 204.000 manat borc olmuşdur. Yalnız xx.xx.2014-cü il tarixdə Sayibxan Səmədovun və Rövşən Əliyevin şahidliyi ilə bağladığı borc müqaviləsi üzrə 100.000 manat borcu tamamilə ona ödəmiş, xx.xx.2014-cü il tarixli notariat qaydasında təsdiq olunmuş borc müqaviləsi üzrə ona xx.xx.2021-ci il tarixdə 6000 (altı min) manat, xx.xx.2021-ci il tarixdə isə 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz ) manat ödəmişdir. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə isə ona heç bir ödəniş edilməmişdir. İddiaçının yenidən Cavabdeh1 ilə yenidən kredit müqaviləsi bağlaması absurdur .Çünki sözü gedən qətnamədən görünür ki, 2014-cü illərdə İddiaçı ilə cavabdehin arasında olan münasibətlərdən görünür ki, həmin pul ödənilməyib və ödənilməmiş yenidən kredit müqaviləsi bağlaması formal xarakter daşıdığını bir daha sübut edir. Həmin kredit müqaviləsinin imzalanmasına səbəb isə cavabdeh Ağakiyev İntizam Korrupsiyaya qarşı Mübarizə İdarəsində Kəramətin təzyiqləri ilə hədə qorxu gəlməsi olub. Belə ki, İddiaçı kredit müqaviləsi bağlanmadan əvvəl öz işgüzar münasibətlərdən istifadə edərək Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etmiş və orada təzyiqlər edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qarşılıqlı iddia tələbi üzrə cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı-cavabdehi, tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Cavabdeh1 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək tam şəkildə “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X7 200000 (iki yüz min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və Cavabdeh1 92500 (doxsan iki min beş yüz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdeh-iddiaçı Cavabdeh1 varlanmış şəxs, iddiaçı-cavabdeh İddiaçı isə məhrum olandır. Cavabdeh-iddiaçı Cavabdeh1 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçı-cavabdeh İddiaçı qaytarmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır (MM-nin 404.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında Plenum hesab edir ki, mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqlarm müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır (48-1-ci bənd). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Cavabdeh-iddiaçının nümayəndəsi müqavilədə göstərilən pul vəsaitini cavabdehiddiaçıya borc olaraq verilməmiş, onlar sadəcə formal olaraq borc müqaviləsi bağlandığını göstərsə də, istinad etdiyi hallar dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Eyni zamanda cavabdeh-iddiaçı müqavilənin ləğvi ilə bağlı iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,qarşılqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh1 120000 (yüz iyirmi min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5186/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5186/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver