Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5195/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 2652 manat ödənilməmiş hissə, 561 manat dəbbə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman LED televizor üçün 1422 manat ödənilməmiş hissə, 284 manat dəbbə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79317 olan X4 markalı telefon, Xiaomi Mi markalı qulaqlıq üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu borcu, ümumilikdə 5491 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5521 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı soyuducu, Hoffman LED televizor, X4 markalı telefon, Xiaomi Mi markalı qulaqlıq almış və nəticədə 5491 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2808 manat (18 ay x 156 manat + 0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün ümumilikdə, 3213 manat olmaqla ondan, 2652 manat ödənilməmiş hissə, 561 manat (1.56 manat x 360 gün) dəbbə pulu borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1422 manat (18 ay x 79 manat + 0 manat ilkin ödəniş) olan Hoffman LED televizor üçün ümumilikdə, 1706 manat olmaqla ondan, 1422 manat ödənilməmiş hissə, 284 manat (0.79 manat x 360 gün) dəbbə pulu borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********79317 olan X4 markalı telefon, Xiaomi Mi markalı qulaqlıq üçün ümumilikdə, 572 manat olmaqla ondan 440 manat ödənilməmiş hissə, 132 manat (0.44 manat x 300 gün) dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1097 manat təşkil etmişdir. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli 00820023 saylı, xx.xx.2019-cu il tarixli 00830180 saylı və xx.xx.2019-cu il tarixli 00717391 saylı alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Samsung markalı soyuducu, Hoffman LED televizor, İMEİ Kodu **********79317 olan X4 markalı telefon, Xiaomi Mi markalı qulaqlıq almışdır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə hər üç müqavilə üzrə ümumilikdə 5491 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 00717391 saylı, xx.xx.2019-cu tarixli, 00330539 və xx.xx.2019-il tarixli 00462003 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər üç müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 4514 (2652+1422+440) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 977 (561+284+132) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 80 (50+20+10) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman LED televizor üçün 1422 (bir min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79317 olan X4 markalı telefon, Xiaomi Mi markalı qulaqlıq üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu borcu, ümumilikdə 4594 (dörd min beş yüz doxsan dörd) manat borc və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4618 (dörd min altı yüz on səkkiz) manat pul tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5195/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5195/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver