Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5199/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh "MERCEDES BENZ 220" markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ona dəymiş maddi ziyanın əvəzi olaraq 2970 manat məbləğində pulun alınaraq ona qaytarılması və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 09.05.2021-ci ildə Sumqayıt maşın bazarından "MERCEDES BENZ 220" markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 8900 manata almış və notariat orqanına gedərək orada sənədləşmə aparmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, maşının bazardan çıxarılaraq sənədləşməyə aparılması üçün 100 manat da beh vermişdir. Məlumat üçün bildirir ki, maşına baxan zaman altında motor hissəsində yağ olmasını görmüş, bunu soruşduqda ona maşını satan makler Arif adlı şəxs bildirmişdir ki, dizel motorlarında bu cür hallar olur. Arif Yaşar adlı şəxsə zəng vurmuşdur və sonuncu notariusa gəlmişdir ki, maşının satılmasına dair sənədlərə imza etsin. Ariflə birlikdə Yaşarın yaşadığı evə gedərək onu notariusa gətirmişlər ki, sənədlərə imza etsin. O, maşını kompüterdə yoxlatmaq istəyəndə ona bildirmişlər ki, heç bir problem yoxdur, onlar maşına cavabdehdirlər, aparıb Şirvanda kompüterdə yoxlatdırar. İmza etdikdən sonra maşında pulu Arifə, Arif isə Yaşara vermişdir. Maşını bazardan çıxarıb evə gətirən zaman yolda motorun yağ işığı yanmış və o, dərhal ***-***-**-** nömrəli telefona zəng vurmuşdur ki, belə bir hal var. Arif bildirmişdir ki, yağı azdır, əlavə yağ tök işıq sönəcək, motorda heç bir problem yoxdur. O, Şirvana gəlib motorun yağını dəyişsə də, motorun qırmızı işığı 3 gün sonra yenidən yanmağa başlamış, mühərrik və digər ehtiyat hissələr sıradan çıxmışdır. Dəfələrlə onlarla pulun qaytarılması barədə söhbət etsə də, pulu qaytaramaqdan və ya çəkilmiş xərci ödəməkdən yayınmışdırlar. Sonuncu zəngində Arif ona demişdir ki, maklerdir və maşına cavabdeh deyil, maşının yiyəsi var, pul kimə verilibsə onunla danış. Hazırda "MERCEDES BENZ 220" markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2970 manat xərc tələb olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim göstərmişdir ki, İddiaçı sözü gedən avtomobili satan zaman iddiaçı özü ilə 4 nəfər avtomobil üzrə mütəxəssis gətirmiş, həmin 4 nəfərlə birlikdə avtomobili sürüb yoxlamış və heç bir irad bildirmədən, qiymətdə razılaşaraq, 100 manat beh vermişdirlər. Daha sonra notariusa gedib sənədləşməni aparmış və 8800 manat pul, ümumilikdə 8900 manat pul vermişdir. O bildirir ki, avtomobilin qiymətini 11500 manata razılaşmış, 8900 manatı verdikdən sonra razılaşdıqları kimi qalan 2600 manat məbləğində pulu bir ay ərzində İddiaçı ödəməli idi. Bu iddianın qaldırılmasında məqsəd bundan ibarətdir ki, iddiaçı qalan 2600 manat məbləğində pulu ödəməsin. O, iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçının ərizədə göstərdikləri əsassızdır. Məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, sözü gedən avtomobili İddiaçı o satmışdır. Cavabdeh isə onun qonşusudur. Qonşusu Yaşar ona səhhətinin yaxşı olmadığını və avtomobili satmaq istədiyini demişdir. O da avtomobili bazara aparıb iddiaçıya satmışdır. Avtomobilin qiymətini 11500 manata razılaşmışlar, qalan 2600 manatı isə 1 aya ödənməli idi. Daha sonra birlikdə notariusa gedərək sənədləşməni aparmışlar. Məhkəmə, tərəfləri və şahidi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia tələbində cavabdehdən cəmi 2790 manat pul tələb etsə də, bu məbləğin yaranmasına əsas olan hallar, avtomobilin hansı vəziyyətdə və hansı şərtlərlə ona satılması və cavabdehin ona 2790 manat ödəməsi öhdəliyinin olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5199/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5199/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver