Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-520/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 340 (üç yüz qırx) manat, o cümlədən 2019-cu ilin fevral ayından hal-hazırki dövlər kimi onu aldadaraq mənəvi ziyana vurduğu üçün 2000 (iki min) manat, cəmisi 2340 (iki min üç yüz qırx) manat Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh 2019-cu ilin fevral ayında Sumqayıt şəhər 34-cü məhəllədə yerləşən sahibi olduğu “Kompüterlərin alqısatqısı” mağazasında ondan 580 manat aldı ki, ona kompüter avadanlığı gətirəcəkdir. Lakin cavabdeh göstərilən tarixdən nəinki kompüter avadanlığı gətirməmiş, üstəlik qaçıb gizlənərək telefon zənglərinə cavab verməmiş və müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. 9 aydan sonra çətinliklə cavabdehin yaşayış ünvanını tapa bilmişdir. Dəfələrlə cavabdehin ünvanına getdikdən sonra 240 manat pul ala bilmişdir. Cavabdeh pulun qalan hissəsini yəni 340 (üç yüz qırx) manatı 2 ay müddətində qaytaracağına söz versə də müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmaqdan imtina etmişdir. O, Sumqayıt şəhər Polis İdarəsinin l-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh polis bölməsində pulu qaytaracağına söz versə də yenə də onu aldatmışdır. O, dəfələrlə cavabdehlə əlaqə saxlasa da üzə çıxmamış və tam əmin olmuşdur ki, onun pulunu mənimsəmişdir. Hadisələrin sonrakı inkşafı da göstərdi ki, o, öz şübhələrində yanılmamışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də ala bilməmişdir. Beləliklə cavabdeh onu aldadaraq pulumu mənimsəməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh onu olduqca çox ağır duruma salmışdır. Cavabdeh pulunu qaytarmaqdan qəti imtina edir və hər dəfə o dövlət məmurlarının adını çəkməklə öz üzərinə düşən öhdəliyi icra etmir. Halbuki, cavabdehin üzərinə düşən öhdəliyi icra etmək üçün kifayət qədər əmlakı və imkanları da vardır. Lakin bu imkanlarına baxmayaraq cavabdeh ona qaytarmalı olduğu məbləği ödəmir və hal hazırki, günədək həmin məbləğ ödənilməmiş qalır. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Lakin orada ona bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehdən 340 (üç yüz qırx) manat, o cümlədən 2019-cu ilin fevral ayından hal-hazırki dövlər kimi onu aldadaraq mənəvi ziyana vurduğu üçün 2000 (iki min) manat, cəmisi 2340 (iki min üç yüz qırx) manat Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsində İddiaçı müraciəti əsasında toplanmış materialda olan Cavabdeh izahatının surətindən görünür ki, o, İddiaçı 500 manat məbləğində borc pul aldığını, həmin məbləğdən 160 manatını qaytardığı bildirmiş və yerdə qalan 340 manatı yaxın müddətdə qaytarcağını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 11.08.2020-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313-də qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qubadlı Rayonu İcra Hakimiyyəti başçısının Dondarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12.08.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə 9 saylı uşaq bağçasında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdırlar. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi 340 manat məbləğində borcun qaytarılması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsində İddiaçı müraciəti əsasında toplanmış materialda olan Cavabdeh izahatında iddiaçıya 340 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 2000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 340 (üç yüz qırx) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 340 (üç yüz qırx) manat məbləğində pulun alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-520/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-520/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver