Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5202/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 11804.02 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə bir müəssisədə işləmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Azneft filialından kredit əldə etmiş, həmin tarixdə aralarında 14010-0663/464569 saylı kredit müqaviləsi bağlanmışdır. Bir yoldaş kimi cavabdehə inanıb həmin müqavilə üzrə öhdəliyin icrasının təmin olunması məqsədilə həmin bank ilə aralarında 14010-0663/159644 Z saylı zaminlik müqaviləsi baglanmışdır. Cavabdeh öhdəliyi vaxtında yerinə yetirməmiş, onun da xəbəri olmamışdır. Nəticədə, "xxxx" ASC-nin iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6922/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan Cavabdeh və digər zamin olmuş X1 cəmi 7968.34 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və 35 manat notariat xərcinin tutulması qət edilmişdir. Qətnamə əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Tələb bundan sonra da Cavabdeh tərəfindən tam yerinə yetirilməmiş, nəticədə icra sənədi üzrə qalan 6385.76 ABŞ dollar borc, 30 manat dövlət rüsumu, 35 manat notariat xərcinin və 557.78 ABŞ dolları məbləğində icra ödənişinin tutulması onun maaşına yönəldilmişdir. Belə ki, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayına kimi onun maaşından cəmi 11804.02 manat tutularaq müvafiq olaraq "xxxx" ASC-nin və icra qurumunun hesabına ödənilmişdir. Göründüyü kimi Cavabdeh təqsiri üzündən ona 11804.02 manat maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 14010-0663/464569 saylı kredit müqaviləsi üzrə 9.435 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Cavabdeh və zamini İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə 9.435 ABŞ dolları məbləğli krediti üzrə heç bir borcu yoxdur. - “Four Seasons” Hotel Baku-nun arayışından görünür ki, 2020-ci il sentyabr ayından 2022-ci il may ayına qədər 2(011)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı maaşından hər ay 20% tutulmaqla, cəmi 11804.02 manat, bunlardan 10855.79 manat "xxxx" ASC-nin hesabına və 948.23 manat isə İcra hesabına köçürülmüşdür. - İcra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6922/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi 24 may 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır və 17 iyul 2017-ci il tarixdə icraya yönəldilmişdir. - xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borclu İddiaçı göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin “Four Seasons” Hotel Baku-ya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı əmək haqqından hər ay 20% miqdarında pulun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrası tam təmin edildiyindən icraata xitam verilmişdir. - "xxxx" ASC-nin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə banka olan borc tam ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqısından ümumilikdə 11804.02 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin və İcra İdarəsinin hesabına köçürülmüşdür. Hazırda da iddiaçı razılaşma üzrə cavabdehin əvəzinə "xxxx" ASC-yə ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin borcunun 10855.79 manatı "xxxx" ASC-nin və 948.23 manat isə İcra hesabına zamin olaraq iddiaçı tərəfindən ödənilməsi işin faktiki halları və sənədlərlə sübuta yetirildiyindən, iddia əsaslıdır. Belə ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı zamin kimi qeyd olunan məbləği ödəmiş və nəticədə ona həmin həcmdə ziyan dəymiş, Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 126 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 11804.02 manat pul və ödənilmiş 126 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 11804.02 manat pul və ödənilmiş 126 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5202/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5202/2022
13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver