Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5239/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3300 manat məbləğində borc pul, illik 5 % 165 manat hesablanmaqla iki il üçün 330 manat əldən çıxmış fayda, cəmi 3630 (üç min altı yüz otuz) manat pulun və ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbinə əlavə etdiyi cavabdehlər tərəfindən öz xətləri ilə yazılmış əlyazmadan da göründüyü kimi iddiaçıdan 13 sentyabr 2021-ci il tarixdə 1700 manatlıq qızıl-zinyət-sep üzük qolbaq almışdır. Həmin ərizədə də qeyd etmişdir ki, pulun yarısını dekabrda, yarısını da mart fevral ayında qaytaracaq. Bu pulun da köhnə pula-borca aidiyyəti olmadığını, 1000 manat pul köhnə qızılların satışından qaldığını, yoldaşı ilə aldığı bütün zinyət əşyalarını ikisinin razılığı ilə aldığını bildirmişdir. 2300 manat pul məbləği isə axırıncı dəfə götürdüyü qızılların məbləğindən yaranan borcdur. Aralarındakı razılığa görə iddiaçıya ödəməli olduğu pulu 2022-ci il mart ayına qədər ödəməsi barədə aralarında razılığa gəlmişlər. İddiaçı öz pulunu tələb etdikdə artıq hər dəfə bir bəhanə ilə onun pulunu verməkdən boyun qaçırdır. Ona görə də məcbur qalıb bu iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, 3300 manat puldan bu günə qədər iddiaçıya 1 qəpik də ödənilməmişdir. Xüsusi vurğulamaqla bildirir ki, cavabdeh Lalə Sumqayıt şəhər Müdafiə Nazirliyinin N saylı hərbi hissədə difiktator vəzifəsində işləyir. Digər cavabdeh Ələkber isə həm taksi fəaliyyəti göstərməklə, həm jurnalist fəaliyyəti, həm də fərdi əməklə məşğul olmaqla 3 yerden gəliri və qazancı var. Cavabdehlərin borcu ödəməyə kifayət qədər maddi imkanlari da var, lakin buna baxmayaraq heç bir ödənişləri etmək istəmirler. Müqavilədən ireli gelen öhdəliyi icra etmirlər. Halbuki həmin borc iddiaçıya müqavilədə şərtləşdikləri vaxtda verilsəydi adi mülki dövriyye şəraitində hazırda hemin məbləği iddiaçı azı iki dəfə artırmış olardı. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, arvadı ilə birlikdə İddiaçı nisyə ödəmək şərti ilə qızıl-zinət əşyaları almışdır. Qızıl-zinət əşyalarının bir qisminin dəyərini ödəmişlər, 3300 manat borcları qalmışdır. Bildirmişdir ki, ailə problemləri ilə əlaqədar ödənişlər edə bilməmişlər. Hər ay 100-200 manat aralığında pul iddiaçıya ödəyə biləcəyini bildirdi. Bununla cavabdeh razı olmadığı təqdirdə borc pulun Cavabdeh2 əmək haqqına yönləndirilməsi, maaşın yarısının borc məbləğindən tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ona ünvanlanan suala cavab verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi illik 5 faiz 165 manat borc hissəsində də iddia tələbini qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı 1700 manat məbləğində qızıl-zinət əşyaları almış, pulun yarı hissəsini dekabr, qalan hissəsini-fevralmart ayında qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. Əlyazmada qeyd olunan borc məbləğinin onların arasında mövcud olan əvvəlki borc məbləğində aidiyyatı olmadığını, həmin borc məbləği olan 1000 manatı da oktyabr ayında ödəyəcəyi ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Cavabdeh2 həmin əlyazmaya imza edərək alınmış qızılzinət əşyalarının ikisinin razılığı ilə alındığını təsdiq etmiş, heç bir etirazı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh2 iddiaçıdan aldığı qızılzinət əşyaları üçün 600 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğin 200 manatı Cavabdeh2 tərəfindən ödənilmiş, qalan 200 manatın oktyabr ayının 20-də, digər 200 manat hissəsini isə noyabr ayında ödəyəcəyinə dair öhdəliyi üzərinə götürmüşdür. Həmin əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı digər qızıl-zinət əşyası alması ilə əlaqədar 350 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, həmin pulun 100 manatını ödədiyini, digər 100 manat hissəsini noyabr, 150 manatı isə dekabr ayında ödəyəcəyini qeyd edərək, yazısını imzası ilə təsdiq etmişdir. - 28 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK1/478 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qızıl-zinət əşyaları almış, pulun bir qismini ödəmiş digər qismini isə qaytaracağına dair üzərlərinə öhdəlik götürmüşlər. Lakin həmin öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddianı qəbul edir. Bununla yanaşı iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 illik 5 % 165 manat hesablanmaqla iki il üçün 330 manat əldən çıxmış fayda tələb edir. Cavabdeh həmin hissədə də iddia tələbini qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3300 manat məbləğində borc pul, illik 5 % 165 manat hesablanmaqla iki il üçün 330 manat əldən çıxmış fayda, cəmi 3630 (üç min altı yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. Hazırki iş üzrə rüsum 56,3 manat təşkil etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməmiş 3,3 manat hissəsi isə cavabdehlər Dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3300 manat məbləğində borc pul, illik 5 % 165 manat hesablanmaqla iki il üçün 330 manat əldən çıxmış fayda, cəmi 3630 (üç min altı yüz otuz) manat və ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dövlət rüsumun əvəzi olaraq 3,3 manat tutularaq Dövlət bücəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5239/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5239/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver