Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5266/2020 14.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsinə əsasən onların nikah pozulmuş və birgə nikahdan olan uşaqların onun yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmasıüçün hər birinə görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən aliment borcu vaxtında ödənilmədiyindən 3 il ərzində 3200 manat aliment və 570 manat maddi yardıma görə cəmi 3770 manat borcu yaranmışdır. Bu səbəbdən də xx xxxxxx 2018-ci il tarixdə cavabdehlə aralarında yaranmış razılığa əsasən cavabdeh ona yaranmış borcu ödəmək və bir daha cavabdehdən aliment pulu tələb etməmək müqabilində Abşeron rayonu Saray qəsəbəsində 175 kv.m torpaq sahəsi vermişdir və bir daha cavabdehdən aliment tələb etməyəcəyinə dair, cavabdeh isə uşaqlarına heç bir tələb irəli sürməyəcəyinə dair ərizə vermişlər. O icra idarəsinə müraciət edərək icraata xitam verilmişdir. Özü tibb bacısı işləyir. Əmək haqqı iki yetkinlik yaşına çatmayan qız uşağının saxlanılmasıüçün kifayət etmir. Cavabdeh tərəfindən verilmiş torpaq sahəsi heç nəyə yaramır. Onu sata da bilmir. Həm də torpaq sahəsinin dəyəri uşaqların yetkinlik yaşına çatanadək cavabdehin ona ödəməli olduğu aliment məbləğindən çox azdır. Sumqayıt şəhər İcra İdarəsinə qətnamənin təkrar icra olunması ilə bağlı müraciət etsə də bu bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, məcburiyyət və təzyiq altında qalaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti tələb etməməsi ilə bağlı ərizə vermiş, icra sənədi geri qaytarılmışdır. Belə ki, cavabdeh onun həmin ərizəni verməyəcəyi halda aliment borcunu ödəməyəcəyini bildirmişdir. Cavabdeh 3770 manat borcun və bir daha ondan aliment tələb etməyəcəyinin müqabilində Abşeron rayonu Saray qəsəbəsində olantorpaqsahəsinionavermişdir. Həmin torpaq sahəsi 0,035 ha olmaqla, birgə nikah dövründə alınmış əmlak kimi yarısı ona məxsus olmuşdur. O, özünə aid hissəni- 1,7 sot torpaq sahəsini sata və istifadə edə bilmədiyindən məcbur olub cavabdehin təklifi ilə razılaşmışdır ki, özünə məxsus torpaq sahəsinin ərazisi artsın və o, bundan istifadə edə bilsin. Bir müddət əvvəl o, həmin torpaq sahəsini 10.000 manata satmışdır. Hazırda uşaqların saxlanılmasında çətinlik çəkir, aylıq qazancı həm öznün, həm də uşaqlarının təminatını ödəməyə yetmir. Cavabdeh heç bir köməklik etmir. O, aliment tələbi olmayacağı barədə qeyd etdiyi ərizəni məcbur olub vermişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, iddianı qəbul etmir. İddia əsassızdır. Belə ki, tərəflər arasında razılıq əldə olunmuş, iddiaçı notariat qaydada təsdiq edilmiş ərizə verərək aliment tələbi olmayacağını bildirmiş, cavabdeh aliment öhdəliyini bir dəfəlik qaydada icra edərək, alimentin icrası ilə bağlı iddiaçıya özünə məxsus torpaq sahəsini vermişdir. Abşeron rayonu Saray qəsəbəsində olantorpaq sahəsinin təxminən 1,7 sotu cavabdehə, 1,7 sotu ilə iddiaçıya məxsus olmuş, cavabdeh aliment öhdəliyinin qarşılığı olaraq özünə aid hissəni iddiaçının adına keçirmişdir. Qanunvericiliyin tələbinə görə aliment əmlak təqdim olunması yolu ilə alına bilər. Bu baxımdan cavabdeh özünə məxsus əmlakı iddiaçıya verməklə aliment öhdəliyini qarşılıqlı razılıq əsasında tam icra etmişdir. Belə bir razılaşmadan sonra iddiaçının bu iddia ilə məhkəməyə müraciət etməsi əsasızdır və rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa 103 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki işüzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladının olması, uşaqların saxlanılmalarıüçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşaqların saxlanılmalarıüçün hər uşağa münasibətdə 103 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən xeyli müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh tərəfin etirazına gəlincə məhkəmə həmin etirazın dəlilləri ilə razılaşmır və bunu qanuna müvafiq hesab etmir. Belə ki, hər iki tərəfin təsdiq etdiklərindən göründüyü kimi tərəflər arasında razılaşma əldə olunaraq mübahisələndirilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinin birdəfəlik qaydada əmlak təqdim edilməsi yolu ilə ödənilməsinə razılaşmışlar, bu məqsədlə cavabdeh ümumilikdə 0,035 ha torpaq sahəsinin özünə məxsus ½ hissəsini iddiaçıya vermiş və iddiaçı bunun müqabilində notariat qaydada təsdiq edilmiş ərizə verərək aliment tələbindən imtina etdiyini göstərmişdir. Ailə qanunvericiliyinin tələblərinə görə qanunla müəyyən olunmuş formaya əməl edilməklə tərəflərin qarşılıqlı razılığı əsasında aliment ödənilməsi barədə saziş bağlana bilər (94m). Ailə Məcəlləsinin 98-ci maddəsinə əsasən alimentin ödənilməsi üsullarından biri olaraq əmlak təqdim olunması yolu ilə alimentin alınması nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi tərəflər arasında qanunla nəzərdə tutulmuş qaydada aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Bununla yanaşı, araşdırılan mübahisə üzrə iddiaçı notariat qaydada ərizə verməklə, cavabdeh isə özünə məxsus torpaq hissəsini iddiaçının adına dövlət reyestrində qeydə aldırmaqla (iddiaçı bu faktı təsdiq edir) tərəflər aliment ödənilməsi barədə saziş bağlanmasına dair iradə ifadələrini bildirmişlər. Lakin, məhkəmə həmin sazişi uşaqların mənafeyinə uyğun hesab etmir və məhkəmənin qənaətincə bu razılaşma uşaqların üstün maraqlarını pozur, uşaqların lazımı və layiqincə təminatlarının ödənilməsinə yönəlməmişdir. Belə ki, müəyyən edildiyi kimi tərəflər arasında sözügedən saziş bağlanarkən cavabdehin 3770 manat aliment borcu olmuşdur. Mövcud məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğlə (hər uşağa görə 103 manat, cəmi 206 manat) aliment öhdəliyi hesablanarsa bu uşaqlara münasibətdə saziş bağlandığı vaxtdan (yanvar 2018-ci il tarixdən) uşaqların yetkinlik yaşına çatanadək olan dövrədək müvafiq olaraq 18.540 manat+9.888 manat və 3.770 manat borc təşkil edir. Cavabdehin iddia olunan saziş əsasında aliment öhdəliyinin yerinə yetirilməsinə görə təqdim etmiş olduğu əmlak- torpaq sahəsi isə 0,0175 ha təşkil etmiş, həmin torpaq sahəsi qiymətləndirilməmiş, lakin faktiki hallardan müəyyən edildiyi kimi iddiaçı özünə aid olan hissə ilə birlikdə bu torpaq sahəsini 10.000 manat satmışdır. Göründüyü kimi cavabdehin təqdim etdiyi əmlak aliment öhdəliyinin ədalətli ödənilməsinə yönəlməmiş, bununla da uşaqların ehtiyacları nəzərə alınmamış, maraqları pozulmuşdur. Təqdim edilmiş əmlakın dəyəri ilə təyin edilmiş aliment miqdarı arasında tarazlığın təmin edilməsi nəzərə alınmamışdır. Odur ki, məhkəmə cavabdehin iddiaya etirazının dəlili olaraq əsaslandığı tərəflər arasında razılaşdırılmış sazişi iddianın rədd edilməsi üçün qanunauyğun hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, işüzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5266/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5266/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver