Məhkəmə qərarları › İş №2(060)-5267/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5267/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5267/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1186,43 manat əsas və 286,7 manat faiz borcu olmaqla, cəmi 1473,13 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 35,14 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(060)-4215/2023 saylı qərardadından görünür ki, iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçıya hazırki məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Lakin iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti yenidən 31 iyul 2023-cü il tarixdə məhkəmə iddia icraatında deyil, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin göstərişinə uyğun olmadığından iddianın sadələşdirilmiş qaydada baxılması yolverilməzdir. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 268-269, 284-5.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar