Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5292/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icra məmuru Qədir Mikayılov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “Attenti” markalı 35630839 mobil nəzarət qurğusu, bir ədəd eyni markalı CO 6866 nömrəli elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, yaddaş kitabçası işlək vəziyyətdə məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh yaşayış yeri Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Gold Life” Reabilitasiya Mərkəzi ünvanına dəyişdirilmişdir. Məlum hökmün icrası İddiaçınə həvalə edilmiş və ərazi aidiyyəti üzrə icra olunması üçün İddiaçınə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən məhkum Cavabdeh azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin məhkəmə baxışı zamanı Cavabdeh üzərinə baxış keçirilmiş və ona təhvil verilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Tərəflərin mövqeləri:
3. İddiaçı iddia ərizəsinə ərizə əlavə edərək işə icra məmurunun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2024cü il tarixli, 21-2/3-2125 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü əsas cəza və narkomaniyadan məcburi müalicə olunması hissəsində məhkumun müalicə aldığı yer üzrə icra edilməsi üçün İddiaçınə göndərilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli göstərişindən görünür ki, Cavabdeh barəsində 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti icra edilməsi aidiyyatı üzrə Sumqayıt şəhər probasiya şöbəsinə göndərilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlandığı 02 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılması, onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının qəti olaraq 02 il 02 ay 26 gün müəyyən edilməsi, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılması, Cavabdeh üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, Şimal yataqxana, otaq 12 ünvanını tərk etməmək, Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə məhkum Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-21/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə müəyyən edilmiş yaşayış yeri ünvan 5 ünvanından Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Gold Life” Reabilitasiya Mərkəzi ünvanına dəyişdirilməsi, qərarın icrasının İddiaçınə həvalə edilməsi qərara alınmışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi, o, 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 01 il 04 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası 08 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilməsi və Cavabdeh 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 28 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 il 01 ay 28 gün müəyyən edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 11 iyun 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, Cavabdeh ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir.
10. "xxxx" QSC tərəfindən “Ədliyyə Nazirliyi” Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında 2277,40 manat dəyərində olan sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyasının nəzarət subyektindən tutulması üçün təqdim olunmuşdur.
11. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı elektron qolbağ tətbiq olunaraq 1 ədəd mobil qurğu və 1 ədəd enerji adapteri təhvil verilmişdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydaları”: 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
15. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmışdır. 09 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya İdarəsinin icra məmuru tərəfindən cavabdehin iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Attenti markalı) və 01 ədəd enerji adaptrı iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Cavabdeh ona təhkim olunmuş - 01 dəst Attenti markalı elektron nəzarət vasitələrini qəbul etməsini, Attenti markalı elektron nəzarət vasitələri zədələndikdə, itirildiyi və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə izah edilərək cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir. Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü əsas cəza və narkomaniyadan məcburi müalicə olunması hissəsində məhkumun müalicə aldığı yer üzrə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi, o, 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 01 il 04 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası 08 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Cavabdeh 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. İddiaçı məhkəmə baxışı zamanı Cavabdeh üzərinə baxış keçirildiyini və ona təhvil verilmiş elektron nəzarət vasitələrinin onun üzərində aşkar edilmədiyini iddia ərizəsində göstərmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş qiymət cədvəlindən görünür ki, elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat müəyyən edilmişdir. Hazırda da iddiaçı Cavabdeh 2277,40 manat məbləğində əsas borcunun yarandığını iddia edir və bu məbləği tələb edir.
16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
18. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, 2277,40 manat məbləğində borc iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiyasa İdarəsinin xeyrinə tutulmalıdır.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva