Məhkəmə qərarları › İş №2(060)-5299/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5299/2020

13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5299/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1100 (bir min yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 216-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 156-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixində Oba - Sumqayıt 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli '‘İnventarizasiya Nəticələrinə” dair Akta əsasən onun 2053 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 953 (doqquz yüz əlli üç) manat güzəşt edilmiş və qalıq borc 1100 (bir min yüz) manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS669084426AZ saylı poçt göndərişinin izlənməsi barədə çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2016-cı il tarixli 017-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə İddiaçılər Şəbəkəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanmışdır. İş materialarına əlavə olunmuş Cavabdeh ilə X6 MMC arasında bağlanmış xx.xx.2016 və xx.xx.2017-ci il tarixli X4 haqqında müqavilələrə əsasən Cavabdeh tam maddi məsul vəzifəyə işə qəbul olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən maddi məsul şəxs ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır. İşdə olan xx.xx.2017-ci il tarixli 216-K saylı əmrdən çıxarışdan görünür ki, İbrahimov X1 vəzifəsinə keçirilmişdir. İş materialarında olan xx.xx.2019-cu il tarixli Oba Sumqayıt 5 filialında aparılmış təhviltəslim nəticələrinə dair aktdan görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 216 günü əhatə edən yoxlama dövrü üçün 4445,86 manat çatışmazlıq müəyyən edilmişdir. Akt maddi-məsul şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan "X6" MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupunun Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizamnamədən görünür ki, həmin iltizamnamə ilə Cavabdeh bildirmişdir ki, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və nəticələrə görə kənarlaşması olan mallara dair araşdırmanın obyektiv aparılmasını təmin etmək məqsədi ilə ona məlum olan bütün məlumatlar araşdırma qrupuna təqdim edilmişdir. Kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən Araşdırma qrupunun mütəxəssisi tərəfindən onun iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanılmış və 1110 say çeşid malda -4445.86 əskik manat məbləğdə kənarlaşma aşkar olunmuşdur. Yuxarıda qeyd edilən məlumatları yoxlamadan və ya təhrif edərək imza edərəmsə, qanunvericiliyin tələblərinə uyğun olaraq, yoxlama nəticələrinin məsuliyyətini öz üzərimə götürməklə, Araşdırma qrupunun apardığı araşdırma yoxlamasına dair heç bir narazılığı və iradı yoxdur. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli əmrə əsasən öz xahişi ilə "X6" MMC-dən işdən çıxmışdır. İşə əlavə edilmiş "X6" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla Cavabdeh bildirmişdir ki, "İddiaçı Sumqayıt 5 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyəti xx.xx.2019-cu il tarixində yoxlanılmış və 2053 Azn əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, "X6" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən (administrator ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır) administrator olaraq sizə etibar edilmiş əmlakdan 2053 Azn əskikgəlmə aşkar edilməklə, Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. Keçən dövr ərzində ona 953 Azn güzəşt edilib. Faktiki qalıq borc 1100 Azn təşkil edir. 3 gün müddətində maddi ziyanın Cəmiyyətə ödənilməsi xahiş olunmuşdur. Əks təqdirdə barəsin də müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir. İşdə olan xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh İslah oğlu ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2053 (iki min əlli üç) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh İslah oğlu 2053 (iki min əlli üç) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 953 (doqquz yüz əlli üç) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 1100 (2053-953) manat borcu qalmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. Onun tam maddi məsul şəxs olduğu dövrdə təftiş yoxlaması həyata keçirilmiş, nəticədə çatışmazlıq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəşt olunaraq dəymiş ziyanın əvəzində ondan 1100 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları, o cümlədən Cavabdeh özü tərəfindən imzalanmış sənədlərlə onun İddiaçı MMC-yə 1100 manat məbləğində ziyan vurduğu öz təsdiqini tapdığından Cavabdeh iddiaçıya vurduğu ziyana görə 1100 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1100 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 1100 (bir min yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar