Məhkəmə qərarları › İş №2(060)-530/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-530/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-530/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 2 otaqlı, 41.71 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 16\29A saylı evin 32 saylı mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 29 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2022ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunması üçün zəruri sübutlar əldə olunmuş və iş materiallarına əlavə olunmuşdur. Məhkəmədən idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ali Məhkəməyə şikayət verilməmişdir. 09 yanvar 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutma həmin mənzilə yönəldilmişdir. Əmlaka dair “Yelo” Bank” ASC-nin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Həmçinin məhkəməyə təqdim etdikləri arayışa əsasən cavabdehlər qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu SMS xəbərdarlıq edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 29 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Azərbaycan Respublikası Din-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, vətəndaşlar Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilində qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, "xxxx" İKB ASC Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Nikoyl» İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əsas kredit borcu üzrə 11823.27 ABŞ dolları, faiz borcu üzrə 7760.02 ABŞ dolları, cərimə borcu 50 ABŞ dolları, cəmi 19633.29 ABŞ dolları məbləğində borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, tutma ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin mənzilin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-342/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilinin hərracda ilkin satış qiyməti 44000 manat müəyyən edilməsi, iş üzrə ekspertizanın dəyərinin cavabdehlərdən tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASCnin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd olunmasını zəruri hesab edir ki, mənzilin banka təhvil verilməsi icra mərhələsində həll olunmalı məsələ olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, iddia tələbi əmlakın təhvil verilməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu Sumqayıt şəhəri, MİK-1, 16\29A saylı evin 32 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlundan 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar