Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4720/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və əmlakın boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-143 8/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar.
2. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən, vətəndaşlar Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənz ilində qeydiyyatdadırlar.
3. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, "xxxx" İKB ASC-nin Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əsas kredit borcu üzrə 11823.27 ABŞ dolları, faiz borcu üzrə 7760.02 ABŞ dolları, cərimə borcu 50 ABŞ dolları, cəmi 19633.29 ABŞ dolları məbləğində borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, tutma ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin mənzilin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-342/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 say lı mənzilinin hərracda ilkin satış qiymətinin 44000 manat müəyyən edilməsi, iş üzrə ekspertizanın dəyərinin cavabdehlərdən tutulması qət edilmişdir. 5. 29 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı ASC-nin Sumqayıt şəhəri, 1-ci mikrorayon, 16/29A saylı evin 32 saylı mənzilinə xüsusi mülkiyyət hüququ DƏDRX-də qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin tə minatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 2 otaqlı, 41.71 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 16/29A saylı evin 32 saylı mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 29 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəş əm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-530/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşal dılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlundan 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilə mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq, mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzilin banka təhvil verilməsi icra mərhələsində həll olunmalı məsələ olduğundan həmin hissədə idd ia tələbi təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 178.1, 203.1-ci maddələrinə İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasıvə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbləri nəzərdən keçirilərkən iş üçün əhəmiyyəti olan bütün halla r sübuta yetirilməmişdir. Belə ki, iddiaçının guya cavabdehlərin mənzildən çıxmaqdan imtina etdiyinə dair bildirdikləri tamamilə əsassız olmaqla həqiqətə uyğun deyildir. Banka etdikləri müraciətlərdə bütöv bir ailənin başqa yaşayış yeri olmadığı bildirilərək möhlət verilməsi xahiş olunmuşdur. Eyni zamanda borc pul taparaq mənzili geri almaq niyyətlərinin olduğu da banka bildirilmişdir. İddiaçının guya mənzili boşaltmaqdan imtina etmələrinə dair bildirdiyi hallar məhkəmə tərəfindən müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə mötəbər sübutlara istinad etmədən mübahisələndirilən mənzili boşaltmaqdan imtina etdiklərinə və bununla da iddiaçının mülkiyyət hüququnu pozduqlarına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin bu nəticəsi işin real hallarına uyğun deyildir.
13. Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1438/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş (3-5-ci bəndlər) və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə iddiaçıya keçməsinə baxmayaraq, mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri for mal mülahizələrdən ibarət olmaqla hazırki qətnamənin ləğvi üçün əsas ola bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5,157.2.157.4, 178.1.203.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.4. 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, barədə qərar qəbul edilməsini xahiş edir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusi yasının qeyd edilən 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar... Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir... Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir... Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Hal-hazırki işdə bütün bu prinsiplər və normalar nəzərə alınmamış, apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh1 apelyasiya şikayətində əks olunmuş qanuni tələbləri və dəlilləri diqqətə alınmayaraq konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi istinad edilən səbəblərə görə hüquqi cəhətdən əsassız olmuşd ur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 2.4-cü bəndində qeyd olumuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, çıxarılmış məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş bütün faktlar əks etdirilməmiş, əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin müəyyən edilmiş sayılan halları iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Bütün bu sadalananlar ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarına zidd olduğunu göstərir. Sadalanan maddənin məzmununa görə...yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, a rvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Sadalanan maddi hüquq normasının məzmunundan görünür ki, Cavabdeh1 və cavabdehlər olaraq göstərilmiş digər ailə üzvlərinin mübahisələndirilən mənzilə istifadə hüquqları mövcuddur. Hesab edirəm ki, mübahisələndirilən mənzilə mülkiyyət hüququnun İddiaçı ASC-yə keçməsi, adı çəkilən şəxslərin mənzilə olan istifadə hüquqlarına məhkəmə qərarı olmadan xitam verilməsi üçün əsas sayıla bilməz. Nəzərə alınsa ki,İddiaçı ASC-nin hal-hazırki iddia tələbləri arasında cavabdehlərin mübahisələndirilən mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi mövcud deyildir, bu halda cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilmədən Cavabdeh1 və digər cabdehlərin mənzildən çıxarılmaları və mənzilin bo şaldılması tələbi də irəli sürülə bilməz. Belə olan halda hesab edirəm ki, mübahisələndirilən mənzilə cavabdehlərin istifadə hüququna xitam verilmədən Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılmaları barədə məhkəmənin gəldiyi nəticə əsassız olmaqla yanaşı, yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələbləri ilə də ziddiyyət təşkil edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisəli mənzilə Cavabdeh1 və digər cavabdehlərin istifadə hüquqlarının hələ 2000-ci illərdən əvvəl formalaşdığına dair hüquq müəyyənedici sənədlər və kifayət qədər aşkar olan dəlillər mövcud o lduğu halda, apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bu hallara düzgün hüquqi qiymət verməmiş, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmadan, sübut kimi qəbul edilən sənəd və dəlillərə müvafiq əsaslandırma aparmadan qiymət verə bilməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. Həmin maddədə əks olunmuş prosessual normanın məzmununa görə maddi və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq olunmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilən, iş üçün əhəmiyyəti olan halların sübut olunmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Hesab edirəm ki, hal-hazırki məhkəmə mübahisəsində birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən də yuxarıda sadaladığım maddi və prosessual hüquq normalarının pozuntularına yol verildiyindən və bu pozuntular, xüsusilə yaşayış sahəsinə istifadə hüququna dair qanunvericiliklə müəyyən edilmiş normaların pozulmasında özünü büruzə verdiyindən, qeyd edilən məhkəmə qətnaməsi ləğv olunmalıdır. Adı çəkilən prosessual hüquq normasına əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş Cavabdeh2 ailə üzvü olaraq Cavabdeh1 və digər cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır ki, həmin hüquqlar hal-hazırda da mövcuddur. Yuxarıda sadaladığı maddi hüquq normasından da aydın olur ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına yalnız məhkəmə qaydasında xitam verilə bilər ki, belə tələblə də iddiaçı tərəfindən məhkəməyə müraciət olunmamışdır. Belə olduğu halda,hesab edirəm ki, məhkəmə səhvə yol verərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmədən onların mənzildən çıxarılmalarına dair əsassız nəticəyə gəlməklə cavabdehlərin xitam olunmamış mənzildən istifadə hüquqlarını pozmuşdur. Hesab edir ki, bununla da məhkəmə mülki-prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur.
18. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217, 385-ci maddələrinə də istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə
13. İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoruna n hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş (3-5-ci bəndlər) və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə iddiaçıya keçməsinə baxmayaraq, mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.
34. Eləcə də apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməyəcəyini qeyd etmişdir.
35. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 11 sentyabr 2023-cü il tarixli 2(105)-1438/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.