Məhkəmə qərarları › İş №2(060)-5303/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5303/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5303/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı, Cavabdeh “Şəfqət" Klinikasının direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh “Şəfqət" Klinikasına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Şəfqət" Klinikasına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərində yerləşən cavabdeh "xxxx" Klinikasından ona vurulmuş maddi zərərin əvəzi olaraq 10.000 manat (on min manat) məbləğində pulun və dövlət rüsumu üçün ödədiyi 120 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 fevral 2019-cu ildə Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “NB LAZUR HOSPİTAL” KLİNİKASİ hər iki budunda “bud gərilməsi” və “liposakşın” əməliyyatı aparılması üçün müraciət etmişdir. Lakin həmin klinikada “liposakşin” əməliyyatı aparılan zaman həkimlərin səhvi nəticəsində onun halı pisləşərək kliniki ölüm həddinə çatdığına görə “bud gərmə” əməlliyatı yarımçıq dayandırılmış və əməliyyat başa çatdırılmamışdır. Bunun nəticəsində bədənində yaranan fəsadlar hal-hazırda da onu incitməkdədir. Bədənində əmələ gələn bu fəsadların aradan qaldırılmağı üçün o, Sumqayıt şəhərində yerləşən "xxxx" Klinikasına müraciət etmək məcburiyyətində qalmışdır. 07-08 oktyabr 2020-ci il tarixdə onun bədənindəki fəsadlardan irəli gələn sağlamlığı ilə bağlı problemlərinin həllı üçün "xxxx" Klinikasına müraciət etmişdir. "xxxx" Klinikasında hər iki “bud gərilməsi” və “göz altı və göz üstü” əməliyatı ilə bağlı müraciət etmiş, lakin həkimlərin məsuliyyətsizliyı, diqqətsizliyi və səhlənkarlığı ucbatından onun razılığı olmadan “burnunda” cərrahi əməliyyat aparılmışdır. Bundan sonra isə həmin klinikada hər iki budunda “bud gərilmə” əməliyyatı keçırılmişdir. 20 aprel 2021-cı ildə "xxxx" Klinikasında aparılan səhv burun əməliyyatı da onun sağlamlığına mənfi təsır göstərmişdir. Hər iki əməliyyatın nəticəsində səhhətinə ciddi ziyan dəymişdir. Bu əməliyatlarla bağlı səhhətində yaranan problemlərin müalicəsinə görə 10000 (on min) manatdan çox pul vəsaiti xərcləmişdir. Bununla bağlı "xxxx" Klinikasının həkimlərinin qanunsuz hərəkətlərinə görə Azərbaycan Respublikasının Hüquq Mühafizə orqanlarına yazdığı şikayət ərizələrinə cavab olaraq şikayətlərinin mülki xarakterlı olduğu göstərilmiş və məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. O, dəfələrlə "xxxx" Klinikasından ona vurulmuş zərərin əvəzinın ödənilməsini tələb etsə də, müxtəlif bəhanələrlə tələbi yerinə yetirılməmişdir. Sonuncu dəfə tərəfindən 08 iyun 2023-cü il tarixdə “Şəfqət Klinikasına xəbərdarlıq göndərilərək ona vurulmuş 10000 manat pulun 10 gün müddətində qaytarılmasını xahiş etmişdir. Lakin bu günə qədər "xxxx" Kilinikası onun xəbərdarlıq məktubuna heç bir cavab verməmişdir. Ona görə də müalicəsi ilə bağlı çəkdiyi xərclərin pulunu ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, Sumqayıt şəhərində yerləşən cavabdeh "xxxx" Klinikasından ona vurulmuş maddi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul və dövlət rüsumu üçün ödədiyi 120 manat alınaraq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Elnur Mehrəliyev tərəfindən başqa bir klinikada xx.xx.2020-ci il tarixində yalnış əməliyyat olunmuşdur, ağır müalicələrdən keçmişdir. Abbas İmanov tərəfindən ikinci dəfə Şəfqət Klinikasında əməliyyat olunmuşdur. Oktyabr ayının 5-də həkimlə görüşmüş, 9 saatlıq əməliyyata dözə bilməyəcəyi üçün bud gərmə və göz qapağı əməliyyatı ilə razılaşmışlar. Klinikanın reklamı üçün çəkiliş də gətirilmişdir. Əməliyyatdan çıxanda əlləri bağlı olmuş, bunun səbəbi isə əməliyyat zamanı qıcolma halının yaranması olub. Əməliyyatdan çıxandan sonra öyrənmişdir ki, onun razılığı və xəbəri olmadan burun əməliyyatı da edilib. Həmin əməliyyatlardan sonra bütün bədəni yara olub. O, ikinci dəfə burun əməliyyatı etdirmiş, lakin üçüncü dəfə də əməliyyat olunmağa ehtiyac var. Bunun üçün isə 8000 manat məbləğində pul tələb olunur. Hazırda qeyd olunan səbəblərdən 10000 manat məbləğində pul ödənilməsini istəyir. Onun yanlış əməliyyat olunması, susması üçün həkim tərəfindən ona rüşvət təklif edilməsi aralarında olan yazışmalarla öz təsdini tapır. Onun bədəninə adi gözlə baxanda da əməliyyatın nəticələri aydın görünür. Onu da qeyd edir ki, hazırda mülki işin dayandırılmasını və yenidən cinayət işinin təkrar araşdırılmasını istəyir. Ona cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyləri verilməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh “Şəfqət" Klinikasının direktoru X2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə qeyd edir ki, ilk dəfədir, iddiaçını görür. Lakin iddiaçı ona dəfələrlə telefonla zəng edərək hədə-qorxu gəlmişdir. Qeyd edir ki, Abbas həkimin əmək müqaviləsinə xitam verilib, o, hal-hazırda “Doktor.Az” klinikasında işləyir. Abbas həkimin onların klinikasına gəlməsinin səbəbi orada olan avadanlıqlardan istifadə etmək olmuşdur. Qeyd olunan hadisələr 2020-ci ildə olub. Məsələ ilə əlaqədar iddiaçı həmçinin Prokurorluğa da müraciət edib, bununla bağlı araşdırılma aparılıb. Araşdırılma nəticəsində Abbas həkimin təqsirinin olmadığı təsdiqlənib. Buna baxmayaraq iddiaçı hər yerə müraciət etməkdə davam edir. Məhkəmənin nəzərinə çatdırır ki, xəstə xəstəxanaya gəldiyi zaman blank doldurulur. Həmçinin hazırkı iş üzrə iddiaçının da əmliyyatla bağlı özünün imzaladığı razılıq ərizəsi var. Qeyd edir ki, sonradan yaranan problemlərə görə klinika deyil, həkim, anestezioloq məsuliyyət daşıyır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçını əməliyyat üçün televiziya proqramından göndərmişdilər. Jurnalistlər Abbas həkimi tapmışdılar, pulu da iddiaçıdan almışdılar. Abbas həkim də ona klinikanın reklamı üçün yaxşı olacağını demişdi. O isə elə insanların problemli olduğunu bildirmişdi. Elə bir il keçdikdən sonra problemlər ortaya çıxmağa başladı. Hətta televiziyadan pulun Abbas həkimə yox, ona verildiyi bildirilmişdi. Bu məsələdə jurnalist qalmaqalının olduğunu düşünür. İddiaçı onlardan əvvəl başqa klinikada əməliyyat olunub, həmin əməliyyatın da nəticəsindən narazıdır. Klinikadan 10000 manat ödənilməsini tələb edir, amma həmin məbləğin nəyə əsasən müəyyən edildiyi məlum deyil. Əslində iddiaçı Şəfqət klinikasında əməliyyat olduğunu sübut etməli, ödəniş qəbzlərini təqdim etməlidir. Bir daha qeyd edir ki, Abbas həkim səhvə yol verməyib. Prokurorluğun araşdırması da bunu təsdiq edir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan "xxxx" Klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxma epikrizindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “bud gərmə” əməliyyatı keçirilmiş, xəstə kafi vəziyyətdə evə yazılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 4-cü BB-də toplanmış xx.xx.2022-ci il tarixli HK-1/3139 nömərli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli, 08 saylı əmrin surətindən görünür ki, Klinikaya müraciət edən xəstələrin müayinə, diaqnostika və müalicə (cərrahi əməliyyat) planları və digər normativ sənədlərin (müayinələr, xəstəlik tarixi) hazırlanmasına birbaşa klinika cavabdehdir. Klinikaya deyil, həkimlərə müraciət edən xəstələrin müayınə, diaqnostıka, müalicə (cərrahi əməliyyat) və digər normativ sənədlərin (xəstəlik tarixi) hazırlanması məsuliyyəti həmin həkimlərin üzərinə qoyulmuşdur. İş materiallarında olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli, 16 saylı əmrin surətindən görünür ki, Klinikada aparılan bütün əməliyyatlar zamanı müalicə həkimi ilə xəstə və onun qohumları arasında yaranmış maddi və digər mübahisəli məsələlərə klinika cavabdehlik daşımır. Ziddiyyətlərin tənzimlənməsi müalıcə həkiminin üzərinə qoyulmuşdur. İşdə olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli, 11 saylı əmrin surətindən görünür ki, xəstənin əməliyyata götürülməsi, əməliyyata götürən həkimin və anestezioloqun baxışından sonra anestezioloqun qərarı əsasında müəyyən edilməlidir və məsuliyyət anestezioloqun üzərinə qoyulmuşdur. İşdə olan "xxxx" Klinikasında cərrahi müdaxiləyə razılıq vərəqəsindən görünür ki, həmin vərəqə İddiaçı tərəfindən şəxsən imzalanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. İş materillarından görünür ki, Abbas İmanov xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə Şəfqət Klinikasında işləmişdir. Bu səbəbdən iddiaçı Əlİddiaçı zərərin əvəzinin ödənilməsi barədə hazırki iddiasını "xxxx" Klinikasına qarşı qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı Əlİddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları - "xxxx" Klinikasında işləyən Abbas İmanov tərəfindən düzgün müayinə və müalicə olunmaması, uğursuz əməliyyat olunması nəticəsində ona 10000 manat məbləğində maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan da görünür ki, aparılmış araşdırma zamanı "xxxx" Klinikasının həkimi A.İmanov tərəfindən düzgün müayinə və müalicə aparılmaması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan da görünür ki, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi ev 113, mənzil 116-da yaşayan İddiaçı həkim Abbas İmanov tərəfindən üzərində düzgün cərrahi əməliyyatlar olunmaması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılmış və həkim Abbas İmanov tərəfindən düzgün müayinə və müalicə aparılmaması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli HK- 1/3139 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Sumqayıt şəhər Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 556C-21 nömrəli materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi Şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 842/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. "Şəfqət” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafıq müayinələr əsasında ona “Budun iç səthinin sallaq dərisi. Hər iki üst göz qapaqlannın sallaq dərisi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə İddiaçı üzərində “Bud gərmə. Üst blefaroplastxa. Tip rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda sağ və sol bud nahiyəsində kelloid çapıq toxumalarının və burunda tənəffüs keçiriciliyinin sərbəst olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş "Üst blefaroplastika. Tip rinoplastika. Bud gərmə” cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün aparılmışdır. Əməliyyatdan sonra yaranmış kelloid çapıq toxumaları ilə əlaqədar estetik cəhətdən şəxsin öz istəyindən asılı olaraq təkrar korreksiyaedici cərrahiyyə əməliyyatı icra edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən İddiaçı cavabdeh “Şəfqət" Klinikasına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu kimi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Şəfqət" Klinikasına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar