Məhkəmə qərarları › İş №2(060)-5304/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5304/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5304/2020 09.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat pul, evin təmirinə xərclədiyi 5000 manat, ümumilikdə 30000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları - xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikah dövründə xx.xx.2017-ci ildə Bank VTB ilə kredit müqaviləsi bağlayaraq Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 4 saylı evin 33 saylı mənzilini almışdır. Bank ödəniş tapşırığıüzrə ödənişləri mütəmadi ödəməyə başlamışdır. Sonradan aralarında olan münasibət pisləşmişdir. Buna görə də nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Banka olan ödəniş qəbzləri onun adınadır, qəbzlərdəki imza da onun imzasıdır. Cavabdeh heç bir ödəniş etməmişdir. Eləcə də o, şəxsi vəsaiti hesabına mübahisəli mənzildə əsaslı təmir işləri aparmışdır. Bu təmirə 5000 manat xərcləmişdir. Bugünə qədər onun tərəfindən ödənilmiş 25000 manat və evin təmirinə xərclədiyi 5000 manat pulu qaytarmağı istəmir. Hazırda cavabdeh həmin mənzildə yaşayır, odur ki, sərf olunmuş pul vəsaitini cavabdeh ona ödəməlidir. Qeyd edilənlərin nəzərə alıanaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir, o, iddiaçıya heç bir məbləğ ödəməməlidir, odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Bank “xxx” ASC ilə İddiaçı arasında bağlanan xx xxxx 2017-ci il tarixli, YMİP-050/17 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 4 saylı evin 33 saylı mənzilinin alınmasıüçün 348 ay müddətinə illik 4% dərəcəsi ilə 45000 manat məbləğində ipoteka krediti verməyi, borcalan isə öz növbəsində müqaviləyə və ona əlavə edilmişödəniş qrafikinə əsasən hesablanmışödənişləri vaxtında banka qaytarmağıöhdəsinə götürmüşdür. xx xxxx 2017-ci il tarixli, YMİP-050/17 saylı Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X1 ona məxsus Sumqayıt şəhəri, 3cü mkr, 1/56 saylı evin 4 saylı mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylıÇıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr, 4 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2014-cü il tarixdə ailə qurmuşlar və aralarında bağlanmış nikah xx xxxxxx 2020-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövründə yaşayış sahəsi alınmış, həmin mənzil ipoteka krediti müqaviləsinə əsasən əldə edilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı mənzilin əldə edilməsi üçün ödənilmiş 25000 manatı və çəkilmiş təmir xərcinin əvəzi olaraq 5000 manat cavabdehdən tələb edir. İddianın əsası olaraq cavabdehin həmin mənzildə yaşadığı göstərilmişdir. Məhkəmə iddia tələbini əsaslı və qanuni hesab etmir. Belə ki, təqdim edilmiş sübutlardan göründüyü kimi tələb olunan pulun sərf edildiyi mənzil iddiaçının adına rəsmi dövlət qeydiyyatına alınmaqla hazırda mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehin həmin mənzildə yaşaması əsası iddianın təmin edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddianın hüquqi əsas olmadığından iddia rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar