Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5304/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli müqavilə ürə Acer Aspire 3 komputer üçün 778,5 (yeddi yüz yrtmiş səkkiz manat, əlli qəpik), manat ödənilməmiş hissə, 231 (iki yü otuz bir) manat dəbbə, 21.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********63063 Samsung Galaxy S10 markalı telefon üçün 857 (səkkiz yüz əlli yeddi ) manat ödənilməmiş hissə. 257 (iki yüz əlli yeddi) manat dəbbə, 08.07.2019cu il tarixli müqavilə üzrə İMEİ kod **********35436 X3 markalı telefon üçün 175,4 (yüz yetmiş beş manat, qırx qəpik) manat, ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə, ümumilikdə 2349,9 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.12.2019-cu il, 21.08.2019-cu il və 08.07.2019-cu il tarixli tarixli müqavilərə əsasən "xxxx" MMC-dən Acer Aspire 3 komputer, İMEİ kod **********63063 Samsung Galaxy S10 markalı telefon və İMEİ kod **********35436 X3 markalı telefon almış və nəticədə 2349,9 (iki min üç yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 934,8 manat ( 12 ay x 77,9 manat+ 0 manat ilkin ödəniş) Acer Aspire 3 komputer üçün ümumilikdə, 1009,5 (min doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat dəbbə, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1879 manat ( 12 ay x 143 manat + 163 manat ilkin ödəniş) İMEİ **********63063 Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə,1114 (min yüz on dörd) manat olmaqla ondan, 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hisə, 257 (iki yüz əlli yeddi) manat dəbbə, 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 412 (dörd yüz on iki) manat ( 12 ay x 34 manat + 4 manat ilkin ödəniş) İMEİ kod **********35436 X3 markalı telefon üçün ümumilikdə, 226,4 (iki yüz iyirmi altı manat, qırx qəpik) manat olmaqla ondan, 175,4 (yüz yetmiş beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1414,9 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslara gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 934,8 manat olan Acer Aspire 3 komputer almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 934,8 manat olan, 12 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 77,9 manat olmaqla Acer Aspire 3 komputer almış və cəmi 156,3 manat ödəniş etmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.08.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 1879 manat olan Samsung Galaxy S10 markalı telefon almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1879 manat olan, 12 ay müddətinə, 163 manat ilkin ödəniş, aylıq ödəniş 143 manat olmaqla Samsung Galaxy S10 markalı telefon almış və cəmi 1022 manat ödəniş etmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 412 manat olan X3 markalı telefon almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 412 manat olan, 12 ay müddətinə, 4 manat ilkin ödəniş, aylıq ödəniş 34 manat olmaqla X3 markalı telefon almış və cəmi 236,6 manat ödəniş etmişdir. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 29.12.2019-cu il, 21.08.2019-cu il və 08.07.2019-cu il tarixli tarixli müqavilərə əsasən müvafiq olaraq Acer Aspire 3 komputer, İMEİ kod **********63063 Samsung Galaxy S10 markalı telefon və İMEİ kod **********35436 X3 markalı telefon malların 3225,8 manat olan ümumi dəyərindən cəmi 1414,9 manat ödəniş etmiş və nəticədə 2349,9 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il, 21.08.2019-cu il və 08.07.2019-cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 3225,8 manat ümumi dəyərindən 1414,9 manat ödəniş etmiş və nəticədə 2349,9 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan müvafiq olaraq 6 manat, 13 manat və 5 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh Acer Aspire 3 komputer üçün 778,5 manat ödənilməmiş hissə, 6 manat cərimə, Samsung Galaxy S10 markalı telefon üçün 857 manat ödənilməmiş hissə, 13 manat cərimə, X3 markalı telefon üçün 175,4 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 1864,9 manat iddiaçı "xxxx"MMC –nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Acer Aspire 3 komputer üçün 778,5 manat ödənilməmiş hissə, 6 manat cərimə, Samsung Galaxy S10 markalı telefon üçün 857 manat ödənilməmiş hissə, 13 manat cərimə, X3 markalı telefon üçün 175,4 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1864,9 manat tutularaq iddiaçı "xxxx"MMC –ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5304/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5304/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver