Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5306/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 02 oktyabr 2023-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada 05 noyabr 2022-ci il tarixli 3M-1296 reyestr nömrəli “kredit (borc) müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 05 noyabr 2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş 3M-1296 reyestr nömrəli “kredit (borc) müqaviləsi” üzrə yaranmış 10 600 (on min altı yüz manat) manat pulun, və 122,20 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat dövlət rüsumunun, cəmi 10 722,20 (on min yeddi yüz iyirmi iki manat iyirmi qəpik) manat məbiəğində pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 05 noyabr 2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə, 3M-1296 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən “kredit (borc) müqaviləsi”nə əsasən İddiaçı (“Borc verən”) Cavabdeh (“Borc alan”a) 10600 (on min altı yüz manat) manat məbləğində pul borc vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” (cavabdeh) krediti 05 oktyabr 2025-ci tarixədək 34 ay 300 (üç yüz) manat, axırıncı 35-ci ay 400 (dörd yüz) manat olmaqla “Borc verən”ə (iddiaçıya) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilənin qüvvəyə mindiyi tarixdən, yəni 05 noyabr 2022ci il tarixindən bu günədək Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla da, Cavabdeh müqavilə üzrə öhdəliyini bu günədək yerinə yetirməmişdir. Dəfələrlə iddiaçı tərəfindən qeyd edilən borc məbləği üzrə aylıq ödənişlərin edilməsini Cavabdeh tələb edilsə də, cavabdeh borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan sonra, o, yaranmış mübahisənin, daha dəqiq desək “borc verən”in (iddiaçının) pozulmuş hüququnun bərpasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsini qərara almışdır. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı onlar arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh icra qeydində nəzərdə tutulan 600 manat borcu ödəmişdir. Keçən məhkəmə iclasında sonra qalan borcunu oktyabrın 2-ə kimi ödəyəcəyini bildirsə də, lakin cavabdeh qalan borcunu ödəməmişdir. Bildirir ki, o cavabdehə pulu aprel ayında əlbəəl vermiş, daha sonra noyabr ayında notariusda borc müqaviləsi bağlayaraq məsələni rəsmiləşdirmişdir. Cavabdeh 2 ay borcunu ödəmədiyi üçün o, icra qeydi üçün notariusa müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə əsasən) məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh X2 iddia tələbi ilə bağlı bildirmişdir ki, iddiaçıdan həqiqətən borc pul almışdır. Keçən ay onun əmək haqqından 365 manat pul tutulub. Özü gedib İcra Şöbəsində borcunun hər ay əmək haqqından tutulması barədə ərizə verəcəkdir və iddiaçıya olan borcunu qaytaracaqdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 10600 (on min altı yüz) manat məbləğində borc pul vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh vaxtında ödənilməmiş 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, yaranmış borcun bir hissəsinə icra qeydi verilsə də, qalan hissədə borc öhdəliyi yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında Cavabdeh icra qeydi əsasında ona ödəməli olduğu 600 manat borcu ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtlərinin lazımi qaydada icra olunmaması xx.xx.2023-cü il tarixli icra qeydi və tərəflərin izahatları ilə tam təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 3M-1296 reyestr nömrəli kredit müqaviləsi ləğv edilməli və həmin kredit müqaviləsi üzrə yaranmış 10000 (10600-600) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 122,20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 3M-1296 reyestr nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 05 noyabr 2022-ci il tarixli 3M-1296 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 10000 (on min) manat məbləğində borc və ödənilmiş 122,20 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5306/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5306/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver