Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5308/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN FED TV üçün 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 230 (iki yüz otuz) manat dəbbə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd PLAYSTATİON-4 SONY 1TB PRO və 2 ədəd DS4 playstation pult üçün 2340 (iki min üç yüz qırx) manat ödənilməmiş hissə, 702 (yeddi yüz iki) manat dəbbə, 21.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********79946 Samsung Galaxy A80 markalı telefon üçün 1104 (min yüz dörd) manat ödənilməmiş hissə, 331 (üç yüz otuz bir) manat dəbbə, ümumilikdə 5533 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 02.06.2019-cu il, 13.10.2019cu il və 21.10.2019-cu il tarixli müqavilələrə əsasən HOFFMANN LED TV, 2 ədəd PLAYSTATİON-4 SONY 1TB PRO və 2 ədəd DS4 playstation pult və İMEİ kod **********79946 Samsung Galaxy A80 markalı telefon almış və nəticədə mağazaya 5533 (beş min beş yüz otuz üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1416 (min dörd yüz on altı) manat (24 ay x 59 manat ~ 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 1056 (min əlli altı) manat olmaqla ondan, 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 230 (iki yüz otuz) manat dəbbə; 13.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2859 (iki min səkkiz yüz əlli doqquz) manat (12 ay x 195 manat + 519 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATİON-4 SONY 1TB PRO və 2 ədəd DS4 playstation pult üçün ümumilikdə, 3042 (üç min qırx iki) manat olmaqla ondan, 2340 (iki min üç yüz qırx) manat ödənilməmiş hissə, 702 (yeddi yüz iki) manat dəbbə; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1404 (min dörd yüz dörd) manat (12 ay x 92 manat 300 manat ilkin ödəniş) İMEİ kod **********79946 olan Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə, 1435 (min dörd yüz otuz beş) manat olmaqla ondan, 1104 (min yüz dörd) manat ödənilməmiş hissə, 331 (üç yüz otuz bir) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1409 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Nümayəndə qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (poçt göndərişinin verilməsi haqqında SS726559842AZ saylı xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 02.06.2019-cu il tarixli, 00696687 nömrəli, 13.10.2019-cu il tarixli, 00979726 nömrəli və 21.10.2019-cu il tarixli, 00997133 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh oğlu "xxxx" MMC-dən HOFFMANN LED 50A3500, 2 ədəd- İMEİ kod **********274 PLAYSTATİON-4 SONY 1TB PRO, İMEİ kod **********377 PLAYSTATİON-4 SONY 1TB PRO və 2 ədəd DS4 playstation pult, İMEİ kod **********79946 **********79944 olan Samsung Galaxy A80 DS(SM-A-805) markalı telefon almışdır. İş materiallarında olan 21 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 4270 manat ödənilməmiş hissə, 1263 manat dəbbə pulu olmaqla, cəmi 5533 manat məbləğində borcu vardır. İşdə olan 13.03.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh oğluna yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 02.06.2019-cu il tarixli, 00696687 nömrəli, 13.10.2019-cu il tarixli, 00979726 nömrəli və 21.10.2019-cu il tarixli, 00997133 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər üç müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 4270 (826+2340+1104) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1263 (230+702+331) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 60 (10+30+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02.06.2019-cu il tarixli, 00696687 nömrəli, 13.10.2019-cu il tarixli, 00979726 nömrəli və 21.10.2019-cu il tarixli, 00997133 nömrəli alqı-satqı müqavilələri üzrə HOFFMANN LED 50A3500, 2 ədəd - İMEİ kod **********274 olan PLAYSTATİON-4 SONY 1TB PRO, İMEİ kod **********377 olan PLAYSTATİON-4 SONY 1TB PRO və 2 ədəd DS4 playstation pult, İMEİ kod **********79946 **********79944 olan Samsung Galaxy A80 DS(SM-A-805) markalı telefon üçün ümumilikdə 4270 (dörd min iki yüz yetmiş) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, 24 (iyirmi dörd) manat dövlət rüsumu olmaqla, cəmi 4354 (dörd min üç yüz əlli dörd) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5308/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5308/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver