Məhkəmə qərarları › İş №2(060)-5322/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5322/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5322/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cabvabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarının artırılaraq, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutlaraq iddiaçıya verilməsi, eləcə də 500 manat əməliyyat xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə aralarında olan nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdehdən uşağın saxlanması üçün hər ay 120 manat aliment tutulması qət edilmişdir. Qətnamədən keçən 4 il ərzində uşağın tələbatları və xərcləri artmışdır.Bu illər ərzində hər dəfə X2 Sərəncamları ilə uşaqların minumum yaşayış həddləri artırılmış və 2023-cü ilə görə uşaqlar üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Hazırda alimentin miqdarının artırılması üçün cavabdehə təklif vermiş, sonradan mediasiya üçün müraciət etmişdir. Mediator mediasiya prosesi təyin etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir və mediator bu barədə arayış tərtib etmişdir. Mediasiya xərci olaraq 50 manat iddiaçı tərəfindən ödənmişdir. Hazırda iddiaçıya məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını istəyir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın 1 yaşı, indi isə artıq 5 yaşı var. Həmin vaxtdan bu yana yaşayış minimumu 5 dəfə artırılmışdır və hazırda uşaq üçün yaşayış minumumu 220 manatdır və uşağın da tələbatları və xərcləri artmışdır. Belə olan təqdirdə cavabdehdən tutlan alimentin miqdarı da həmin məbləğə, yəni 220 manatadək artırılmalıdır. Ailə Məcəlləsinin tələblərinə görə valideyn uşağın əlavə xərclərində (təhsil, müalicə və sairə) iştirak etməlidir. Oğlu Kənanın boğazında xəstəlik olduğunda, müalicə olunur və bu yaxınlarda əməliyyat olmuşdur, bununla bağlı iddiaçı tərəfindən 500 manat əməliyyat xərci ödənilmişdir. Müalicə və əməliyyat xərclərinda cavabdeh iştirak etməmişdir. Ona görə də xərclər bölünərək müalicə xərcləri iddiaçının üzərinə düşdüyü halda, əməliyyat xərci cavabdeh tərəfindən ödənilməlidir. Buna görə dəə əməliyyata sərf olunan 500 manatın əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, övladının saxlanılması üçün hər ay 160-170 manat aralığında aliment ödəməyə imkanı çatır. Əməliyyat xərcinə gəldikdə isə həmin xərcin yarısı, yəni 250 manat ıiddiaçıya verməyə razıdır. Qeyd eddilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(060)-4208/2019 saylı qətnaməsi qismən, aliment tələbinə dair hissədə ləğv edilərək, bu hissədə qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X5r. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində, 142 № ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, №-MŞS/MT030/2023/01382 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X10 adenoid hipertrofiyası İİİ dərəcə. Xroniki tonzillit dekompensə olunmuş forma diaqnozu qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 "xxxx" klinikasında xx.xx.2023-cü il tarixində müayinələrdən keçmiş və “Adenotonzilloektomiya” əməliyyatı olunmuşdur. Müayinələrə və əməliyyata 500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4208/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2017-ci ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2018-ci ıl təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının xx.xx.2019-cu ıl tarixindən hesablanması, xx.xx.2018-ci ıl təvəllüdlü X7 3 yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh X3 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2019-cu il tarixindən hesablanması, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(060)-4208/2019 saylı qətnaməsi qismən, aliment tələbinə dair hissədə ləğv edilərək, bu hissədə qismən təmin edilmiş, xx.xx.2019cu il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin miqdarı hazırda övladının saxlanılması üçün kifayət deyildir. Bundan başqa xx.xx.2018-ci il təvəllüdlü X10 adenoid hipertrofiyası İİİ dərəcə. Xroniki tonzillit dekompensə olunmuş forma diaqnozu qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 "xxxx" klinikasında xx.xx.2023-cü il tarixində müayinələrdən keçmiş və “Adenotonzilloektomiya” əməliyyatı olunmuşdur. Müayinələrə və əməliyyata 500 manat pul ödənilmişdir. Buna görə də alimentin miqdarının artırılması və əməliyyat xərcinin əvəzinin cavabdehdən alınması tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, övladını saxlamaq hər iki valideynin vəzifəsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi xx.xx.2018-ci il təvəllüdlü X11 ona qoyulmuş adenoid hipertrofiyası İİİ dərəcə. Xroniki tonzillit dekompensə olunmuş forma diaqnozu ilə əlaqədar "xxxx" klinikasında xx.xx.2023-cü il tarixində müayinələrdən keçmiş və “Adenotonzilloektomiya” əməliyyatı olunmuşdur. Müayinələrə və əməliyyata 500 manat pul ödənilmişdir. Buna görə də iddia tələbi müayinə xərclərinin ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməli, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X7 əməliyyatına sərf olunan 500 manatın yarısı, 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. xx.xx.2018-ci il təvəllüdlü X7 əməliyyatına sərf olunan 500 manatın yarısı, 250 manat Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar