Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5367/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2150 manat borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ondan 2020-ci ilin may ayının əvvəllərindən iyun ayının 20-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2150 manat məbləğində borca pul almışdır. Cavabdeh borcunu yaxın müddətə qaytaracağına söz versə də, bu günə qədər müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. Ona görə o, məcbur olub xx.xx.2020-ci il tarixdə 102 xidmətinə müraciət etmişdir. Müraciətinə baxılaraq xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-i cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən iddia edilnə borc məbləğindən hazırki vaxtadək heç bir məbləğ qaytarılmamışdır. Məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən yazılmış qəbzlər cavabdehin ondan borc pul götürdüyünü təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir, o, 2020-ci ildə müxtəlif vaxtlarda iddiaçıdan hissə-hissə borc pul almışdır. İddiaçı həmin borc məbləğini ona aylıq faiz ödənilməsi şərti ilə vermişdir. O, aldığı borc məbləğindən 300 manatı üzərində 30 manat faizi ilə birlikdə qaytarıb. Onun hazırda iddiaçıya cəmi 1300 manat borcu qalıb. O, iddia edilən məbləğdə iddiaçıdan borc almayıb. Məhkəməyə təqdim edilmiş qəbzlər onun tərəfindən yazılmışdır. Lakin orada göstərilən məbləğlər doğru deyildir. O, bir gündə iddiaçıdan 1100 manat almayıb. İddiaçı onun ayrı-ayrı vaxtlarda götürdüyü borc məbləğini toplayaraq həmin məbləği qəbzdə göstərib. Belə ki, onun borclu olduğu 500 manat və 600 manat borc məbləğini toplayaraq 1100 manat borc götürülməsi barədə yeni qəbz tərtib edilmişdir. O, əvvəl verdiyi qəbzlərin iddiaçı tərəfindən çırılıb atıldığına inanaraq həmin qəbzləri imzalamışdır. İddiaçının borc məbləğini toplayaraq yeni qəbz yazdırmasının səbəbini izah edə bilmir. Yəqin ki, çoxlu saylı kağız vərəqələri olmasını istəmirli, ona görə sonradan yeni qəbzləri tərtib edirdi. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mebel zavodunda xadimə işləyir. İddiaçı Ə.Telli ilə qonşudurlar. Cavabdeh iddiaçı ilə o, tanış etmişdir. Şəhla ona pula ehtiyacını olduğunu bildirdiyi üçün onu Tellinin yanına özü aparmışdır. Telli ona bir dəfə öz evində, iki dəfə isə Şəhlanın evində borca pul vermişdir. Verilən məbləğlər yadında deyil, onun iştirakı ilə qəbz tərtib edilmiş və o da şəxsən imza etmişdir. Onun yanında Şəhla Telliyə pul qaytarmayıb və Tellidən eşitdiyinə görə ona heç bir məbləğ qaytarılmayıb. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 1100 manat və xx.xx.2020-ci il tarixdə 250 manat məbləğində pulu İddiaçı ndan götürərək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, cavabdeh iddianın əsası olaraq göstərilən qəbzləri yazmaqla borcu etiraf etmişdir. Məhkəmə araşdırlması zamanı cavabdeh həmin qəbzləri mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 82.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, 2150 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, cavabdehin göstərdikləri şifahi sözlərdən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Eləcə də özünün izahatında da göstərdiyi kimi o, qəbzlərin hər birinə ayrı-ayırlıqda imza etmiş və aldığı məbləğləri qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2150 (iki min bir yüz əlli) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5367/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5367/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver